CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ulduz" metrosu yanında "insanların ulduzunu söndürən" məxluqlar dolaşır

© Sputnik / Irade JELILSahibsiz itlər
Sahibsiz itlər - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhər sakini: "Axırda məcbur olub üstünə maşın sürdük, kişini onun ağzından qurtardıq"

BAKI, 17 yan-Sputnik. "Ulduz" metrostansiyasının ərazisi baxımsız vəziyyətdədir. Zavodların və bir neçə önəmli şirkətin yerləşdiyi məkanda sahibsiz itlər ərazi sakinlərini narahat edir.
"Ulduz" metrosu yaxınlığındakı Aşıq Molla Cümə küçəsinin sakinləri bildirir ki, axşamlar küçədə sahibsiz itlərin qorxusundan rahat gəzmək mümkün deyil.

Ərazidə yaşayan Vüqar Əliyevin sözlərinə görə, sahibsiz itlər sakinlərin qorxulu kabusuna çevrilib:

Sahibsiz heyvanların məskəni - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaq bağçasının yerini sahibsiz itlər zəbt edib

"Hamı çalışır hava qaralmamış evində olsun ki, itlərin hücumuna məruz qalmasın. Heç kim bu metrounun vəziyyəti ilə maraqlanmır. Bir neçə gün öncə burada yaşayan sakinlərdən birinə it cumdu. Yazığı az qala parça-parça edəcəkdi. Axırda məcbur olub itin üstünə maşın sürdük və kişini onun ağzından qurtardıq. Ərazidə zibilliklər çox olduğu üçün sahibsiz heyvanlar bura yığışır. Sahibsiz heyvanlarla mübarizə edən bir qurum da tanımırıq ki, müraciət edək".

Qeyd edək ki, sahibsiz heyvanlarla bağlı problemin həllinə Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi cavabdehdir. Bakının digər ərazilərində də son vaxtlar sahibsiz heyvanların sayı artıb və əhali üçün real təhlükəyə çevrilib. Lakin sözügedən idarəyə müraciət edən şəhər sakinləri bildirirlər ki, idarənin əməkdaşları vətəndaşların müraciətlərini nəzər almır və müxtəlif bəhanələrlə müvafiq tədbirlər görməkdən boyun qaçırırlar.

Xəbər lenti
0