Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məğlubedilməz "Karabakh Vyana"

© Photo : Karabakh Vyana FK-nın mətbuat xidmətiKarabakh Vyana futbol klubunun bayrağı
Karabakh Vyana futbol klubunun bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
15 matçda uduzmayan klub məğlubedilməz oyunlar seriyasını davam etdirib/

BAKI, 16 yan — Sputnik. Avstriyada yeni yüksəldiyi Wiener Stadt Ligada mübarizə aparan "FC Karabakh Vyana" klubu 2016-2017 mövsümünün ilk yarısında tarixi nəticəyə imza atıb. Belə ki, ilk dövrədə keçirilən 15 turdan 10 görüşdə qələbə qazanan "Karabakh Vyana" 5 oyunda bərabərlik əldə etməklə yeni rekord müəyyənləşdirib.

Sputnik xəbər verir ki, 15 matçda uduzmayan klub məğlubedilməz oyunlar seriyasını davam etdirib. Bununla da Avstriyanın 4-cü liqası və Vyana əyalətinin ən yüksək liqası olan Wiener Stadt Ligada ən uzun məğlubiyyətsizlik rekordu qeydə alınıb.

Qeyd edək ki, liqanın ikinci yarısına 2017-ci il fevral ayının 26-da start veriləcək.

Xəbər lenti
0