Bu dəfəki lotareyaya 305 hədiyyə daxil edilib. Lotereyada "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd KİA Rio, 1 ədəd KİA Sorento avtomobili, Türk Hava Yollarından 10 ədəd Bakı-İstanbul-Bakı aviabileti, "Dost Tech" mağazalar şəbəkəsindən 290 ədəd məişət texnikası — 10 ədəd soyuducu, 20 ədəd paltaryuyan maşın, 20 ədəd televizor, 20 ədəd noutbuk, 30 ədəd planşet, 60 ədəd tozsoran, 60 ədəd ətçəkən maşın, 70 ədəd şirəçəkən maşın şanslı müştərilər tərəfindən qazanılıb.
![Kristal Abşerondan 2 otaqlı mənzil qazanmış Eldar Dadaşov Kristal Abşerondan 2 otaqlı mənzil qazanmış Eldar Dadaşov - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40845/39/408453946_0:0:2000:1333_600x0_80_0_0_c6ef8dcb9f65fc77eae037157ed6368c.jpg)
Dadaşov Eldar İsmət oğlu "Kristal Abşeron"-dan 2 otaqlı tam təmirli mənzil, Ələkbərova Fəridə Fərid qızı KİA Motors-dan KİA Sorento, Əlizadə Afaq Zaman qızı, Axundov Mehman Firudin oğlu, Əhmədova Sevər Əhməd qızı KİA Motors-dan KİA Rio qazanıb. Canlı yayımda böyük hədiyyələri qazanan müştərilərlə əlaqə saxlanılaraq onlara "Araz" və "Spar" supermarketlərinin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib.
![Qaliblər öz hədiyyələrini 23 yanvar tarixindən etibarən Araz və SPAR supermarketlərindən götürə bilərlər Qaliblər öz hədiyyələrini 23 yanvar tarixindən etibarən Araz və SPAR supermarketlərindən götürə bilərlər - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40845/40/408454094_0:0:2000:1333_600x0_80_0_0_67c4e2a962f180a05daf5f526c4797ad.jpg)
Lotareya çəkilişində qalib olan müştərilərin siyahısı www.arazmarket.az saytında və "Araz" və "Spar" Supermarketlər Şəbəkəsinin rəsmi facebook səhifəsində yayımlanıb. Qaliblər öz hədiyyələrini 23 yanvar tarixindən etibarən alış-veriş etdikləri Araz və SPAR supermarketlər şəbəkəsinin filiallarından 90 gün ərzində götürə bilərlər.