Avstraliya vətəndaşı lotereyada böyük bir ada udub

© Photo : PUBLIC DOMAINTropik ada, arxiv şəkli
Tropik ada, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qalibin kimliyi tam bəlli olmasa da, onun adının Coşua olduğu deyilir.

BAKI, 27 iyul-Sputnik. Avstraliya vətəndaşı əsas mükafatı tropik ada olan lotereyanın qalibi olub.

Sputnik BBC-yə istinadən xəbər verir ki, adanı lotereyada uduşa qoyanlar Daq və Salli Bayts qardaşlarıdır. Onlar ötən əsrin 90-cı illərindən Kusai adasında yaşasalar da, nəvələrinə görə vətənlərinə — Avstraliyaya qayıtmaq qərarına gəliblər.

Uduşlu biletlərin qiyməti təxminən 50 dollar olub. Lotereyada 60 mindən çox insan iştirak edib. Qalibin kimliyi tam bəlli olmasa da, onun adının Coşua olduğu deyilir.

Bayts qardaşlarının dediyinə görə, onlar adalarını normal yolla satmaq istəməyib. Satışa maraq qatmaq istəyən qardaşlar maraqlı ideya fikirləşərək lotereya təşkil ediblər.

Xəbər lenti
0