BAKI, 21 dek-Sputnik. Asudə vaxtlarını səmərəli keçirmək istəyən insanların üz tutduqları yerlərdən biri də kinoteatrlardır. Müasir Azərbaycan tamaşaçısı kinoteatra getməyə bir o qədər də meyl göstərmir. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Bizi bu yazını yazmağa vadar edən səbəb kinoteatrlara gedən Azərbaycan tamaşaçısını narahat edən bir məqamdır Belə ki, bu günlərdə redaksiyamıza kinoteatrlarla bağlı bir şikayət məktubu daxil olub. Oxucu Səbinə Quliyevanın məktubunda deyilir:
Sputnik-in əməkdaşı bu məktubda qeyd olunanlarla əlaqədar Nizami Kino Mərkəzinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bildirib ki, onlar afişalarda və bütün reklamlarda filmin yaş həddini qeyd edirlər. Əgər uşaqlar kinoya baxmağa valideynləri ilə gəliblərsə, onda zaman cavabdehlik də kinoteatrın yox, valideynlərin üzərinə düşür.
"Əgər valideynlər uşaqlarının yaşı çatmadığı halda onları hansısa filmə baxmağa gətirirlərsə, biz onlara heç nə deyə bilmərik." — deyə Əhədova bildirib.
"Nəzarətçiyə bilet təqdim edilirsə, onun ixtiyarı yoxdur bilet alan tamaşaçını geri qaytarsın." — deyən mətbuat katibi onu da qeyd edib ki, reklamlarda və anonslarda yaş həddi qeyd olunduğundan, bu məsələyə valideynlər özləri nəzarət etməlidirlər.
"Əgər valideynlər buna riayət etmirlərsə, bu, artıq onların günahıdır. Zalda uşaqların səsindən narahat olanlara gəlincə isə, onlar nəzarətçiyə iradlarını bildirsələr, qısa vaxtda ölçü götürülə bilər." — deyə Əhədova əlavə edib.
Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov isə kinoteatr nümayəndəsinin fikirləri ilə razılaşmayıb.
"Kinoteatrın rəhbərliyi görüşlər zamanı da deyir ki, əgər uşaq valideynlə gəlirsə, məsuliyyət də valideynin üzərinə düşür. Mənim fikrimcə və qaydalara görə, bu düzgün deyil. Filmdə və biletin üzərində 12+ yazılıbsa, 12 yaşdan aşağı uşaqlar kino zalına buraxılmamalıdır. Kinoteatrın işçiləri buna nəzarət etməlidir." — deyə Nazirliyin nümayəndəsi bildirib.