Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qızlar mənə deyirlər ki, boksçuların başı yaxşı işləmir"

Abunə olmaq
Kamran Şahsuvarlı: "Real döyüş filmlərdəki kimi deyil. Filmdə göstərilənlər rinqdə baş vermir"

BAKI, 11 yan — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Milli Olimpiya Komitəsi (MOK) ilə birlikdə həyata keçirdiyi "Olimpiyaçılarla idmandan kənar" rubrikasının birinci sayını təqdim edirik. Rubrikanın birinci sayının qonağı Rio-2016 Olimpiya oyunlarının iştirakçısı və boks üzrə 75 kilo çəki dərəcəsində bürünc mükafatçı Kamran Şahsuvarlıdır.

— Kamran bəy, idmandan kənarda gününüzü necə keçirirsiniz?

— Məşqdən çıxandan sonra evə gedib istirahət edirəm. Daha sonra dostlarla şəhərə çıxıb gəzirik və ya haradasa oturub söhbət edirik. Hər günümü fərqli keçirirəm. Bəzən futbol oynayıram, bəzən filmə baxmağa gedirəm.

© Sputnik / Murad OrujovKamran Şahsuvarlı: Uşaq vaxtı boksdan çox futbola marağım var idi.
Kamran Şahsuvarlı: Uşaq vaxtı boksdan çox futbola marağım var idi. - Sputnik Azərbaycan
Kamran Şahsuvarlı: Uşaq vaxtı boksdan çox futbola marağım var idi.

 Başqa idman növləri ilə peşəkar şəkildə məşğul olan idmançılar belə, futbolu sevirlər. Siz necə, boksçu olmasaydınız, futbolu seçərdiniz?

— Uşaq vaxtı boksdan çox futbola marağım var idi. Sadəcə vəziyyət elə gətirdi ki, futbola yox, boksa getməli oldum. Boksa getməyim tam təsadüf olub. Məktəbdə oxuyurdum, sinif yoldaşım mənə dedi ki, "gəl gedək boksa". Onda boks hansı idman növü idi, bilmirdim. O tək getməsin deyə, dostuma qoşulub boks zalına getdim. Elə alındı ki, bir ay sonra dostum boksu atdı, amma mən davam etdirdim və bu yerə kimi gəlib çıxdım.

 Gələk filmlərə. Hansı janrda olan filmləri xoşlayırsınız?

— Döyüş və melodrama janırında olan filmləri daha çox sevirəm.

- Deməli döyüş filmlərinə baxa-baxa idmana marağınız artıb?

— Mən bu filmlərə baxanda, sanki motivasiyam artır. Amma idmana gəlməyimə təsir etməyib.

- Sevdiyiniz döyüş filmləri hansılardır?

— "İnkaredilməz 2", "İnkaredilməz 3" filmləri. "Heç vaxt təslim olma" filmini də bəyənirəm.

© Sputnik / Murad OrujovKamran Şahsuvarlı: Real döyüş filmlərdəki kimi deyil – o zaman yalnız rəqibin haqqında fikirləşirsən, ağlına başqa heç nə gəlmir.
Kamran Şahsuvarlı: Real döyüş filmlərdəki kimi deyil – o zaman yalnız rəqibin haqqında fikirləşirsən, ağlına başqa heç nə gəlmir. - Sputnik Azərbaycan
Kamran Şahsuvarlı: Real döyüş filmlərdəki kimi deyil – o zaman yalnız rəqibin haqqında fikirləşirsən, ağlına başqa heç nə gəlmir.

- Döyüş filmlərinin çoxunda göstərilir ki, döyüşdə məğlub olan zaman idmançı hansısa hadisələri xatırlayır və bu, onda qələbə üçün motivasiya yaradır. Sizdə belə hallar olub?

— Real döyüş filmlərdəki kimi deyil. Təbii ki, filmdə göstərilənlər rinqdə baş vermir. Döyüş zamanı yalnız rəqibin haqqında fikirləşirsən. Başqa heç nə ağlına gəlmir.

- Silvester Stallone (Rokki) boks idman növünü dünyada məşhurlaşdıran aktyorlardandır. Ona münasibətiniz necədir?

— Mən onu kumir kimi görə bilmirəm. Rokki filmində daha çox motivasiya var. Amma ümumi götürdükdə çox şişirdilmiş obrazdır. Mənim kumirim Məhəmməd Əlidir.

- Hansı filmin qəhrəmanı olmaq istərdiniz?

— Döyüş filmlərinə baxanda öz-özümə deyirəm ki, axı belə deyil, başqa cür döyüşmək lazımdır. Amma o filmlərdə qəhrəman olmaq istəməzdim.

© Sputnik / Murad OrujovKamran Şahsuvarlı: İdmanda olmayan qızlar idmana vaxt ayırmağını başa düşmür.
Kamran Şahsuvarlı: İdmanda olmayan qızlar idmana vaxt ayırmağını başa düşmür. - Sputnik Azərbaycan
Kamran Şahsuvarlı: İdmanda olmayan qızlar idmana vaxt ayırmağını başa düşmür.

- Bir idmançı olaraq xanımlardan nə kimi münasibət görürsünüz?

— Bir çox qızlar mənim boksçu olduğumu biləndə deyirlər ki, "boksçuların başı yaxşı işləmir". Amma bir qədər məşhur olandan sonra sosial şəbəkələrdə mənə yazıb tanış olmaq istəyən qızlar da az olmayıb.

- Kamran Şahsuvarlı idmançı qızla evlənər?

— Əlbəttə. Çünki, idmançı qızlar bizi daha yaxşı başa düşər, nəinki idmandan uzaq olan qızlar. İdmanda olmayan qızlar idmana vaxt ayırmağını qəbul etmir və səni düzgün başa düşmür.

Xəbər lenti
0