Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimiz Türkiyədə təlim keçib

© Photo : SFASFA yığma komandası Türkiyənin Bodrum şəhərində təlim-məşq düşərgəsində olublar
SFA yığma komandası Türkiyənin Bodrum şəhərində təlim-məşq düşərgəsində olublar - Sputnik Azərbaycan
Abunə olmaq
Düşərgədə 9 oğlan və 3 qızdan ibarət, ümumilikdə 12 idmançımız iştirak edib

BAKI, 11 yan — Sputnik. Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA) yığma komandası bu ilin 1 — 8 yanvar tarixlərində Türkiyənin Bodrum şəhərində təlim-məşq düşərgəsində olub. Federasiyanın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, düşərgədə yelkənin Optimist və Lazer sinifləri üzrə 9 oğlan və 3 qızdan ibarət, ümumilikdə 12 idmançımız iştirak edib.

"Bodrum 2017" düşərgəsi SFA-nın idman üzrə rəhbəri Burcu Algon Giorgianni, baş məşqçiləri isə Seyhun Yıldız və Tuğçe Subaşı olub. Düşərgədə, həmçinin yerli məşqçilər də iştirak ediblər.

© Photo : SFAAzərbaycan Yelkənli İdman Federasiyanın (SFA) yığma komandası
Azərbaycan Yelkənli İdman Federasiyanın (SFA) yığma komandası  - Sputnik Azərbaycan
Azərbaycan Yelkənli İdman Federasiyanın (SFA) yığma komandası

Qeyd edək ki, 2016-cı ildən etibarən SFA tərəfindən hər il təşkil edilən "Bodrum düşərgəsi"nin əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir. Belə ki, bu il ərzində yelkənçilərimizin bir sıra beynəlxalq yarışlarda, o cümlədən ilk dəfə olaraq, Tailandda Optimist sinfi üzrə Yelkənli İdman Dünya Çempionatında iştirakı gözlənilir.

Xəbər lenti
0