Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Könüllülərlə görüş keçirilib

© Photo : İHO mətbuat xidmətiİslam Həmrəylik Oyunlarının kollektivi ilk tədbirini könüllülərə həsr edib
İslam Həmrəylik Oyunlarının kollektivi ilk tədbirini könüllülərə həsr edib - Sputnik Azərbaycan
Abunə olmaq
Elçin Səfərov: "Biz elə münasibət yaradırıq ki, işdən əlavə, dostluğumuz, isti münasibətimiz davam etsin"

BAKI, 10 yan — Sputnik. İslam Həmrəylik Oyunlarının (İHO) kollektivi ilk tədbirini könüllülərə həsr edib. Sputnik İslam Həmrəyliyi Oyunları Komitəsinə (İHOK) istinadən xəbər verir ki, oyunlarda iştirak edəcək könüllülərlə görüş keçirilib. Komitənin direktoru, könüllülərin səfiri Elçin Səfərov könüllülərin suallarını cavablandırıb.

"Biz sizinlə hər bir mövzunu müzakirə edə bilərik, söhbətləşə bilərik, hansısa bir debat şəklində söhbətlər təşkil edə bilərik" — sədr bildirib.

Daha sonra istedadlı müğənni Çingiz Mustafayev və "Palmas" qrupu könüllülər üçün bir neçə musiqi ifa edib. Onlar həmçinin könüllülərin suallarını cavablandırıblar.

Yenidən söz alan Elçin Səfərov, könüllülərlə keçirilən görüşdən danışıb: "Biz elə münasibət yaradırıq ki, işdən əlavə, dostluğumuz, isti münasibətimiz davam etsin. Yaradılan şərait, göstərilən diqqət işimizi sevməyimizə stimul yaradır".

Xəbər lenti
0