CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəhərdə hər kəsin həyatı risk altındadır

© Sputnik / Fuad HasanovBakıda piyada keçidi
Bakıda piyada keçidi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda ölüm zolaqları - onun üzərinə çıxmadan öncə düşünün!

BAKI, 10 yan — Sputnik. Saatda 60 km sürət həddi olan yol. Qarşıdakı sərnişin avtobusu piyada keçidinin tam önündə dayanır. Və avtobusdan düşən sərnişin yolun sol tərəfinə keçmək üçün hökmən həmin avtobusun qabaq tərəfindəki piyada keçidlə hərəkət etməlidir.

Bakıda parkomat - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt sürücüləri onun əlindən fəryad edirlər

Bu vəziyyətin həm yolu keçmək istəyən sərnişin, həm də arxadan gələn və avtobusu sol cinahdan ötərək yoluna davam etmək istəyən digər nəqliyyat vasitələri üçün hansı təhlükə yaratdığını özünüz təsəvvür edin. Nə arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü avtobusun qabağından hərlənib yolu keçmək istəyən piyadanı görür, nə də piyada arxadan sürətlə gələn minik avtomobilini. Nəticəsindən Allah qorusun…

Xüsusilə, paytaxt sürücüləri belə problemlə tez-tez rastlaşırlar. Lakin problemin həlli istiqamətində atılan addımlar, sərnişin avtobusları ilə digər minik avtomobillərinin sürücüləri arasındakı söyüş-siqnaldan o yana keçmir.

Sputnik-ə danışan nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, bir çox hallarda piyada keçid zolaqları avtobus dayanacaqlarına çox yaxın məsafədə çəkilir: "Azadlıq prospekti ilə üzü Binəqədiyə gedən istiqamətdə avtobus dayancağına yaxın olan piyada keçidləri var. Bu dayanacaqlarda dayanan avtobuslar da piyada keçidinin bir hissəsini tutur. Nəticədə həm piyada zolağı ilə hərəkət edən şəxslərin, həm sürücülərin başı dərdə girir".

"Sərnişin avtobusu piyada keçiddən öncə dayandığı zaman, arxadan gələn maşınların sürücüləri avtobusun qarşısından keçən piyadanı, piyada da arxadan gələn maşını görmür. Deməli, arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü, ya birdən-birə qarşısına çıxan piyadaya yol vermədən yoluna davam etməli, ya da qəfil əyləci sıxmalıdır ki, piyadanı vurmasın. Hər iki hal təhlükəlidir. Birinci halda piyadanın həyatı təhlükəyə düşür, ikinci halda həmin avtomobilin özünün arxadan gələn nəqliyyat vasitələri tərəfindən vurulması ehtimalı yaranır" — ekspert bildirib.

Allahverənov bu problemə aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunmasını vacib hesab edir: "Avtobuslar harada gəldi saxlamamalıdır. Digər tərəfdən, piyada zolaqları avtobus dayanacaqlarına yaxın yerdə çəkilməməlidir".

O, piyadaları da ehtiyatlı olmağa çağırıb: "Piyada zolağı elə bir ərazidir ki, burada piyadaya hər hansı bir fiziki zərbə vurmaq üçün münbit şərait var. Buna görə də, avtomobillər həmin əraziyə yaxınlaşanda sürəti azaltmalı, piyadalar isə avtobusdan düşən kimi yola baxmadan özlərini zolağın üzərinə atmamalıdırlar".

Автобусы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə isə, əvvəllər piyada keçidini bildirən zolaqlar avtomobil dayanacaqlarının tam mərkəzindən çəkilirdi. "Piyada yolu keçdiyi zaman birbaşa dayanacağın mərkəzinə cıxırdı. Həmin dayanacaqda avtobus dayandıqda, piyada məcburi şəkildə yolun ortasında hərəkət istiqamətini dəyişməli olurdu ki, bu da təhlükə meydana çıxarırdı" — o, Sputnik-ə açıqlamasında bildirib.

Dediyinə görə, sözügedən problem mətbuatda və bir çox dairələrdə müzakirə olunduqdan sonra həmin piyada keçidlərini bildirən zolaqların yerləri dəyişdirildi: "Amma görünür, bu da yetərli olmadı. Çünki bəzi avtobus sürücüləri yol hərəkəti qaydalarına tam əməl etməyərək, piyada keçidlərinin üstündə saxlayırlar. Yaxud da, dediyiniz kimi, keçiddən əvvəl. Əlbəttə, DYP tərəfindən həmin halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsinə baxmayaraq, bu problemlər hələ də qalmaqdadır".

Hüquqşünas, habelə piyadalarda və sürücülərdə yol hərəkəti mədəniyyətinin formalaşdırılmasını vacib hesab edir: "Piyadalar küçədə öz təhlükəsizliklərini gözləmədən yolu istədikləri kimi keçməməlidirlər. Belə hallarda sürücülər də maksimum dərəcədə diqqətli olmalıdırlar".

Xəbər lenti
0