Azərbaycan İsveçrədən 30 ədəd vaqon alacaq

© Sputnik / Murad OrujovStadler qatarı
Stadler qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Sürixdə "Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub

BAKI, 10 yan — Sputnik. İsveçrənin Sürix şəhərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovla "İnterRail Holding AG" şirkətinin sədri Hans Raynhard arasında ikitərəfli görüş keçirilib. QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, görüş zamanı İsveçrə yüklərinin "Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinə cəlb edilməsi, isveçrəli tərəfdaşlarla əməkdaşlığın perspektivləri məsələsi müzakirə olunub.

Здание ЗАО Азербайджанские железные дороги в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Dəmir yollarında "pul silinməsi" faktı üzə çıxdı

C. Qurbanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğı və dəstəyi ilə ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır: "Əsas vəzifəmiz Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu marşrutlara yük axının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib".

O, həmçinin İsveçrənin "Stadler Rail Group" şirkəti ilə geniş əlaqələrə malik olduqlarını qeyd edib: "Hazırda şirkətin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarları Bakı-Sumqayıt marşrutunda istismar olunur. Eyni zamanda, "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib".

"İnterRail Holding AG" şirkətinin prezidenti Hans Raynhard öz çıxışında Şimal-Cənub dəhlizinin aktivləşdirilməsində çox maraqlı olduqlarını vurğulayıb. Həmçinin, "Azərbaycan Dəmir Yolları" QSC ilə bu istiqamətdə həyata keçiriləcək strateji əməkdaşlığın önəmindən danışıb.

Qeyd edək ki, "InterRail Holding AG" şirkəti İsveçrənin "Transİnvest" holdinqinə daxildir. Mərkəzi və Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya kimi ərazilərdə əlaqələri olan "TransInvest" şirkəti, 111 fərdi şirkətlə dünyanın 34 ölkəsində fəaliyyət göstərir.

Пламя. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Vaqon yandı, mexanik həlak oldu

Şirkətin əsas dörd coğrafi biznes istiqaməti var: Avropa İttifaqı — İsveçrə, Rusiya — Şərqi Avropa, Orta Şərq — Mərkəzi Asiya, Asiya — Uzaq Şərq. İrandan Avropaya və Avropadan İrana yüklərin idxalı və ixracı ilə məşğul olan nəqliyyat şirkətidir. İranın müxtəlif şəhərlərində 14 ofisi ilə təmsil olunan bu şirkət Bəndər Abbas və Tehran kimi şəhərlərdə 300.000 m2 çox olan xüsusi anbarların və terminalların sahibidir.

"InterRail Holding AG" dəmir yolu ilə yükdaşıma xidmətləri üzrə Avropada və Avrasiya məkanında aparıcı şirkətlərdən biridir. Beynəlxalq blok qatarların operatoru kimi fəaliyyət göstərir. Avrasiya qitəsində, xüsusilə də MDB ölkələrində ümumi və konteynerləşdirilmiş yüklərin daşınması və konteyner ticarəti ilə məşğul olur. Geniş vaqon parkına sahibdir. Şirkətin Belarusda, Çində, Almaniyada, Hindistanda, İranda, Qazaxıstanda, Polşada, Rusiyada, İsveçrədə, Ukraynada və Özbəkistanda törəmə şirkətləri və nümayəndəlikləri var.

Xəbər lenti
0