Konstitusiyaya dəyişikliklər paketi qəbul edilib

© Photo : AATürkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentə fövqəladə vəziyyət rejimi elan etmə səlahiyyəti veriləcək

BAKI, 30 dek — Sputnik. Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkə konstitusiyasında dəyişikliyə dair plan qəbul edilib. Sputnik BBC-yə istinadən xəbər verir ki, yeni dəyişikliklər paketi prezidentin səlahiyyətlərini genişləndirmə məqsədi daşıyır.

Вид на Анкару. Архивное фото - Sputnik Azərbaycan
Atatürk Türkiyə konstitusiyasından çıxarılır

Gələn ilin yazında referenduma çıxarılacaq olan konstitusiyaya dəyişiklik paketində diqqət çəkən digər bir məqam, baş nazirlik məqamının tarixə qovuşmuş olmasıdır. Belə ki, hazırda prezidentdən daha çox səlahiyyətə malik olan baş nazir, referendum qəbul olunacağı təqdirdə idarəetmədə söz sahibi ola bilməyəcək.

Konstitusiyaya edilməsi planlaşdırılan bəzi dəyişikliklər aşağıdakı kimidir:

— Prezidentin partiyası ilə əlaqələri kəsilməyəcək, o, öz partiyasının da rəhbəri ola biləcək;

— Prezident, müavinlərini və nazirləri millət vəkilləri arasından özü təyin edəcək;

— Prezidentin və Millət məclisinin səlahiyyət müddəti 5 il olacaq. Bələdiyyə seçkiləri 2019-cu ilin martında keçiriləcək;

— Prezidentin fərmanı ilə nazirliklər, təşkilatlar qurula və ya bağlana bilər;

— Yüksək vəzifəli rəsmi şəxsləri təyin etmək prezidentin ixtiyarında olacaq;

— Prezidentə fövqəladə vəziyyət rejimi elan etmə səlahiyyəti veriləcək;

— Hazırda 550 olan millət vəkili sayı 600-ə çıxarılacaq. Deputat seçilmə yaşı 25-dən 18-ə enəcək.

Qeyd edək ki, Konstitusiyaya dəyişiklik paketinin referenduma çıxarılması üçün 330 millət vəkilinin razılığı olmalıdır.

Xəbər lenti
0