SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Atatürk Türkiyə konstitusiyasından çıxarılır

© Sputnik / Anton Denisov / Mediabanka keçidВид на Анкару. Архивное фото
Вид на Анкару. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin yeni konstitusiyası Cənubi Afrika və İslandiya modellərindən istifadə edilərək hazırlanacaq.

BAKI, 15 iyun — Sputnik. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum bu il yeni konstitusiya üzərində işlərin aparılacağını və bunun dekabr ayında Türkiyə Böyük Millət Məclisinə göndəriləcəyini söyləyib.

Sputnik haber3-ə istinadla xəbər verir ki, baş müşavir konstitusiya layihəsinin müəyyən bir ideologiyaya istinad edilməməsi istiqamətində hazırlandığını deyib.

Mustafa Kamal Atatürk ideologiyasına istinad olan yerlərin çıxarılacağını deyən Uçum bildirib ki, yeni konstitusiyanın giriş hissəsində Mustafa Kamal Atatürk Türkiyə Respublikasının qurucusu olaraq yer alacaq. Düşünülüb ki, bu daha uyğundur.

Uçum deyib ki, yeni konstitusiyada maddələrin sayı azaldılaraq sadələşdiriləcək. Bununla bağlı 50 ölkənin konstitusiya modeli araşdırılıb. Yeni konstitusiya modeli Cənubi Afrika Respublikası və İslandiya modellərindən istifadə edilərək hazırlanacaq. 

Seçki sistemində də dəyişikliyə gediləcəyini söyləyən baş müşavir Ərdoğanın yeni konstitusiya üçün referenduma gedilməsinin bir zərurət olaraq gördüyünü söyləyib.

Uçum yeni konstitusiyanın yerli rəhbərliklərin güclərini artıracağını deyib.

Xəbər lenti
0