Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən Amerikaya inanılmaz jest

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti ABŞ diplomatlarının uşaqlarını Kreml-ə Yeni il şənliklərinə dəvət etdi

BAKI, 30 dek-Sputnik. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Vaşinqtonun addımlarına cavab olaraq amerikalı diplomatları ölkədən çıxarmayacaq. Sputnik-in məlumatına görə, Putin deyib ki, Rusiyanın beynəlxalq praktikaya istinad edərək adekvat cavab vermək üçün bütün əsasları var. 

Министр иностранных дел России Сергей Лавров - Sputnik Azərbaycan
RUSİYA
Sergey Lavrovdan Putinə qeyri-adi təklif

"Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır, amma "mətbəx" diplomatiyası səviyyəsinə enməyəcək." — deyə dövlət başçısı qeyd edib.

Putin Barak Obama administrasiyasının addımını dost olmayan addım kimi xarakterizə edib və onu "gələcəkdə Rusiya-Amerika münasibətlərini zədələməyə istiqamətlənmiş təxribat" adlandırıb: "Bu, Rusiya ilə yanaşı Amerika xalqının da fundamental maraqları ilə ziddiyyət təşkil edir. Rusiya və ABŞ-ın qlobal təhlükəsizliyi qoruyub saxlamaqla bağlı xüsusi məsuliyyətini nəzərə alsaq, bu, bütünlükdə beynəlxalq münasibətlər kompleksinə zərbə vurur".

Onun sözlərinə görə, Rusiya-Amerika münasibətlərinin bərpası istiqamətində gələcək addımlar ABŞ-ın seçilmiş prezidenti Donald Trampın həyata keçirdiyi siyasətdən asılı olacaq: "Biz amerikalı diplomatlara problem yaratmaq istəmirik. Biz onları heç vaxt ölkədən çıxarmayacağıq. Onların ailələrinə və uşaqlarına Yeni il bayramında vərdiş etdikləri istirahət yerlərinə getməyi qadağan etməyəcəyik".

Bununla yanaşı, dövlət başçısı böyük jest edərək Amerika diplomatlarının uşaqlarını Kremldə keçiriləcək Yeni il şənliyinə dəvət edib, Amerika xalqını və Trampı təbrik edib.

Kiberhücum - Sputnik Azərbaycan
RUSİYA
ABŞ Rusiyanın kiberhücumları barədə hesabat yayıb
Qeyd edək ki, ABŞ Rusiyanın xüsusi xidmət orqanlarını və xüsusi şəxsləri "seçkilərə müdaxilədə" günahlandıraraq RF əleyhinə yeni sanksiyalar barədə qərar verib. ABŞ hökuməti həmçinin prezident Barak Obamanın "Rusiya kəşfiyyatının işçiləri" adlandırdığı 35 Rusiya diplomatını ölkədən çıxaracağını bəyan edib. 

Kreml ABŞ tərəfinin bu addımını "üç həftədən sonra vəzifəni tərk edəcək insanların aqressiyası" kimi qiymətləndirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın adekvat cavab tədbirləri görəcəyini bildirmişdi. Rusiyanın Xarici İşlər Nazirliyi prezident Vladimir Putini ABŞ səfirliyinin 31 və Amerikanın Sankt-Peterburqdakı baş konsulluğunun 4 əməkdaşını ölkədən geri göndərməyə çağırmışdı.

Xəbər lenti
0