Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrovdan Putinə qeyri-adi təklif

© Sputnik / Murad OrujovМинистр иностранных дел России Сергей Лавров
Министр иностранных дел России Сергей Лавров - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ bir qədər əvvəl Rusiya əleyhinə növbəti sanksiyaları qəbul edib. Rusiya, xüsusi xidmət orqanlarının və xüsusi şəxslərin vasitəsilə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə günahlandırılır.

BAKI, 30 dek-Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyini prezident Vladimir Putinə təklif edir ki, ABŞ səfirliyinin 31 və Amerikanın Sankt-Peterburqdakı baş konsulluğunun 4 əməkdaşı ölkədən geri göndərilsin.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.  

Nazir əmindir ki, Amerika tərəfinin “addımları” cavabsız qalmayacaq. 

"Rusiya XİN digər idarələrdəki kolleqaları ilə birlikdə Rusiya Federasiyasının prezidentinə belə bir təklif göndərib ki, o, ABŞ-ın Moskvadakı səfirliyinin 31, Sankt-Peterburqdakı baş konsulluğunun 4 diplomatını “persona-non-qrata” elan eləsin” – deyə Lavrov bildirib. 

Lavrovun sözlərinə görə, bununla yanaşı, amerikalılara Moskvadakı “Serebryanıy Bor”dakı bağ evlərindən və Dorojnaya küçəsindəki anbardan istifadəni qadağan etməyi də təklif edib. 

"Ümid edirik ki, bütün bu təkliflərə operativ şəkildə baxılacaq” – deyə XİN başçısı qeyd edib. 

Qeyd edək ki, ABŞ bir qədər əvvəl Rusiya əleyhinə növbəti sanksiyaları qəbul edib. Rusiya, xüsusi xidmət orqanlarının və xüsusi şəxslərin vasitəsilə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə günahlandırılır. ABŞ hökuməti bununla bağlı bildirib ki, Barak Obamanın “Rusiya kəşfiyyatının işçiləri” adlandırdığı 35 Rusiya diplomatı ölkədən çıxarılmalıdır. 

Kreml ABŞ tərəfinin bu addımını “üç həftədən sonra vəzifəni tərk edəcək insanların aqressiyası” kimi qiymətləndirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın adekvat cavab tədbirləri görəcəyini bildirib. 

Xəbər lenti
0