Rusiya ilə ABŞ bir-birinə girəcək

© Flickr / Peter MacdonaldYer kürəsi,arxiv şəkli
Yer kürəsi,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yer planetində yeni materik əmələ gəlir

BAKI, 28 dek — Sputnik. Rusiyanın Yer Qabığı İnstitutunun (İrkutsk) əməkdaşları apardıqları araşdırmalar nəticəsində sübut ediblər ki, gələcəkdə Şimali Amerika, Yaponiya adası və Avrasiyadan ibarət yeni qitə yaranacaq. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, alimlər Şimali Amerika kontinental platformasının hərəkətini analiz edəndən sonra bu qənaətə gəliblər.

Yür kürəsinin kosmosdan görünüşü - Sputnik Azərbaycan
ELM
Avstraliya materiki sürətlə şimala doğru hərəkət edir

O, tədricən Sibir platformasına tərəf sürüşür. 600 mln. İl bundan əvvəl nəhəng qitədə, sahəsi 24 mln. kvadrat kilometrə çatan çatlar əmələ gəlib. Bu çatlar nəticəsində yeni okean yaranıb. Amma hazırda Şimali Amerika və Avrasiya yenidən yaxınlaşır. Alimlər əmindirlər ki, bu nəhəng quru sahələri yenidən birləşəcək. Amma bu, 30 mln. ildən tez baş verməyəcək.

RF Elmlər Akademiyasının müxbir üzvü Dmitri Qladkoçub bildirib ki, hazırki Şimal platforması Avrasiya plitəsinin bir hissəsidir. Hələ 2,5 mln. il əvvəl o, mövcud deyildi: "Səpələnmiş mikroplitələr mövcud olub və hazırda Sibir kratonu adlandırılan bu blokların vahid strukturda birləşməsi 1,9 mlrd il əvvəl baş verib."

Amma planetimizdə geoloji proseslər dayanmadan gedir. Milyon ildən sonra Yerdə yeni materik əmələ gələcək.

Xəbər lenti
0