BAKI, 1 avq-Sputnik. Avstraliya materiki sürətlə şimala doğru hərəkət edir.
Sputnik informing.ru-ya istinadla xəbər verir ki, bu barədə qənaətə alimlər GPS-in köməyi ilə apardıqları ölçmələr nəticəsində gəliblər. Ölçmələr göstərib ki, Avstraliya qitəsi öz yerini 1,5 metr şimala doğru dəyişib.
Bu hadisə son 2 onillikdə baş verib.
Mütəxəssislərin sözlərinə görə, Avstraliya ildə 7 sm şimal-qərb istiqamətinə doğru hərəkət edir.
Alimlər hesab edirlər ki, bu hərəkət və yerdəyişmə materikin daxilində baş verən tektonik hadisələrlə əlaqədardır.
Mütəxəssislərin sözlərinə görə, bizim planetdə bütün materiklər yerlərini dəyişirlər, lakin bu proses Avstraliyada daha sürətlə baş verir.
Qeyd etmək lazımdır ki, Avstraliya hökuməti öz ölkəsinin koordinatlarını GPS-in koordinatlarına uyğunlaşdıraraq materiki 1,5 m şimal istiqamətində işarələmək niyyətindədir.
Sonuncu dəfə Avstraliyanın xəritəsi 1994-cü ildə korrektə edilib.