Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məşhur restorandakı faciə ilə bağlı cinayət işi açıldı

© Sputnik / STRBakı şəhər Prokurorluğu
Bakı şəhər Prokurorluğu - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun qəsdən öldürülməsi fərziyyəsi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

BAKI, 28 dek — Sputnik. 9 dekabr 2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən "Küləfirəngi" restoranının qarşısında, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Qaraxan Ağayevin, təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi və dekabrın 21-də orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluq - Sputnik Azərbaycan
HADİSƏ
İcazəsiz aksiya keçirənlərlə bağlı cinayət işi açıldı

Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, iş üzrə hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilib, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə iş üzrə istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, o cümlədən mərhumun qəsdən öldürülməsi fərziyyəsi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0