Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Azərbaycandakı səfiri: "O dövləti məhv etməliyik"

© Sputnik / Murad OrujovЧрезвычайный и полномочный посол Российской Федерации в Азербайджане Владимир Дорохин
Чрезвычайный и полномочный посол Российской Федерации в Азербайджане Владимир Дорохин - Sputnik Azərbaycan
Abunə olmaq
Səfir Vladimir Doroxin: "Onların növbəti dəfə nə edəcəklərini heç kim deyə bilməz. Ona görə də səfirliyimizin mühafizəsinin yüksək səviyyədə olduğunu desəm, şişirtməyə yol vermiş olaram"

BAKI, 27 dek — Sputnik. Ankarada dekabrın 19-da, fotosərginin açılışında, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsdin qurbanı oldu. Qatil yerindəcə polis tərəfindən güllələndi.

Выступление Андрея Карлова в художественной галерее в Анкаре - Sputnik Azərbaycan
Andrey Karlov dünyasını dəyişdi

Bir qədər sonra radikal terror təşkilatı olan İŞİD, hədəfdə olan Rusiya səfirliklərinin siyahısını dərc etdi və bu siyahıda RF-in Bakıdakı diplomatik missiyası da yer aldı. Sputnik Azərbaycan bu barədə və səfirliyin təhlükəsizliyi məsələləri haqqında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə həmsöhbət olub.

— Mətbuatda İŞİD-in hədəfində olan obyektlərin siyahısı dərc olunub, bu siyahıya Rusiyanın Azərbaycandakı səfirliyi də daxildir. İŞİD öz tərəfdarlarını Rusiya səfirliklərində terror aktları törətməyə çağırıb. Bu barədə nə fikirləşirsiniz?

— Desəm ki, təlaşa düşmüşük, bu, həqiqət olmaz. Diplomatik nümayəndəlik həmişə terror hücumları üçün cəlbedici obyektdir. Dediyiniz "siyahı" bizə bir daha xatırlatdı ki, rahatlanmaq, yumşalmaq olmaz və əlavə tədbirlər görmək lazımdır. Biz də tədbirlər gördük.

 Mühafizə ilə bağlı vəziyyət nə yerdədir? Təbii ki, Azərbaycan tərəfdən sizə heç bir təhlükə yoxdur, lakin gördüyümüz qədər İŞİD silahlıları hər yerdə var. Təhlükə varmı?

— Biz Azərbaycan tərəfi ilə qarşılıqlı anlaşma, yardım və əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər görmüşük.

 Xoşbəxtlikdən Azərbaycanda praktiki olaraq terror aktları həyata keçirilmir. Lakin Rusiya səfirliyinin mühafizəsinin yenə də yüksək səviyyədə olduğunu demək olar?

— Hazırda səfirliklərin mühafizəsinin təmin olunması sahəsində gördüyümüz bütün tədbirlər artıq baş vermiş hadisələrə müvafiq olaraq görülür. Yəni, baş verənlərin təcrübəsinə əsasən. Bütün bu terrorçular bizdən bir addım irəlidədirlər. Onların növbəti dəfə nə edəcəklərini heç kim deyə bilməz. Ona görə də səfirliyimizin mühafizəsinin yüksək səviyyədə olduğunu desəm, şişirtməyə yol vermiş olaram. Bu sözləri təkcə Azərbaycan yox, digər ölkələr haqqında da demək olar. Fürsətdən istifadə edərək Azərbaycan rəsmilərinə anlayış və yaranmış vəziyyətə düzgün münasibət, həmçinin bizə kömək etməyə hazır olmaları və dəstəkləri üçün təşəkkür etmək istəyirəm.

 Sizin üçün səfirin öldürülməsi nə deməkdir? Bu, cəmiyyətə siqnaldır, ya dövlətə? Bəlkə daha başqa bir şeydir? Cinayətin sifarişçiləri bu halda nəyə nail olmaq istəyirlər?

— Diplomatik nümayəndəliklər, həmçinin səfir fiqurunun özü, terrorçunun özünü dünyaya bəyan etməsi üçün ən cəlbedici və parlaq imkanlardan biridir. Terrorçular bununla özlərini nümayiş etdirirlər. Hesab edirəm ki, biz də onların bu çağırışını müvafiq surətdə başa düşməli və ona reaksiya verməliyik.

 Sizin Andrey Karlovla tanışlığınız var idimi? O, necə adam idi?

Ankaranın Esenboğa hava limanında qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovla vida mərasimi - Sputnik Azərbaycan
Andrey Karlovun qətlini bu təşkilat öz üzərinə götürdü

— Azərbaycan və Türkiyənin necə yaxın olduqlarını bilirsiniz. Mənim Türkiyədəki həmkarımla kontaktım çox vacib idi və belə bir əlaqə var idi. Biz həmişə birgə addım atırdıq. Həmçinin, bizim səfirliyin əməkdaşlarının övladları Rusiyanın Türkiyədəki səfirliyinin nəzdindəki məktəbdə imtahanlar verirdilər. Yəni bu yönümdə də əlaqələrimiz var idi.

 Sizcə, Rusiya insidentə necə reaksiya verməlidir? Səfirliklərin mühafizəsi gücləndirilməlidir, yaxud İŞİD-in bombalanması intensivliyi artırılmalıdır. Ya da Suriya məsələsini masa arxasında izah etmək daha düzgün olardı?

— Əgər biz indi tələm-tələsik bu və ya digər istiqamətdə səhv qərarlar qəbul etsək, silahlıların bizdən gözlədikləri istiqamətdə addım atmış olarıq. Təhlükəsizlik sahəsində hazırda bəşəriyyətin qarşısında duran ən böyük təhlükə — təbii ki, terrorçuluqdur. Terrorçuluğun böyük bir tarixi var. Tarixdə tək terrorçular, terror qrupları, terror təşkilatları və beynəlxalq terror şəbəkələri olub. İndi isə bütöv bir terrorçu dövlət ortaya çıxıb. Belə bir şey tarixdə olmayıb. Ankarada baş vermiş faciədən bizim çıxarmalı olduğumuz ən başlıca vəzifə bütün bunları ciddi qəbul etməkdir. Əgər biz indi o terrorçu dövləti məhv etməsək, nəticələr qarşısıalınmaz olacaq.

Xəbər lenti
0