BAKI, 19 dek — Sputnik. Bu gün Türkiyədə silahlı basqına məruz qalmış səfir Andrey Karlov dünyasını dəyişib.
Sputnik xəbər verir ki, bu faktı Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da təsdiqləyib.
"Bu gün Rusiya diplomatiyasının faciəvi günüdür. Ankarada rəsmi təsbirdə suiqəsdə məruz qalan və ağır yaralanan Andrey Karlov dünyasını dəyişib", — Zaxarova bəyan edib.
Qeyd edək ki, bu gün Rusiyanın Türkiyədəki səfiri silahlı basqına məruz qalıb.