Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Andrey Karlovun qətlini bu təşkilat öz üzərinə götürdü

© REUTERS / Umit BektasAnkaranın Esenboğa hava limanında qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovla vida mərasimi
Ankaranın Esenboğa hava limanında qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovla vida mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva isə hələ istintaqın nəticəsini gözləməyə üstünlük verir

BAKI, 21 dek — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Ankarada səfir Andrey Karlovun ölümü ilə bağlı yeni açıqlama verib. Sputnik xəbər verir ki, o, bu işin arxasında kimlərin durduğunu söyləməyin hələ erkən olduğunu söyləyib.

"Moskva hesab edir ki, Karlovu kimlərin öldürdüyünü söyləmək hələ tezdir. Çünki istintaq yeni başlayıb. Həm rus, həm də türk ekspertlər buna çalışırlar. Vladimir Putinin də dediyi kimi, istintaq yekunlaşmadan bir şeylər demək doğru olmaz", — Peskov bildirib.

Bu arada Suriyadakı "Ən-Nüsra Cəbhəsi", internet vasitəsilə açıqlama yayıb. Açıqlamada, rus səfir Andrey Karlovun, bu terror təşkilatı tərəfindən qətlə yetirildiyi bəyan olunur.

Xəbər lenti
0