BAKI, 26 dek — Sputnik. ""Fərat Qalxanı" əməliyyatı ilə 1900 kvadrat kilometrlik sahə İŞİD silahlılarından təmizlənib. Bu barbar terror təşkilatı ilə mübarizəmiz qətiyyətlə davam edir".
Sputnik Türkiyə NTV-sinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiyanın türk ordusunun apardığı əməliyyatlara havadan dəstək verməməsi çox düşündürücüdür.
"Əslində, həmin koalisiya bizi havadan dəstəkləməliydi. Hazırda ordumuz Əl-Bab şəhərini də terrorçulardan təmizləmək üzrədir. Mülki əhalinin həyatına zərər gəlməməsi üçün əsgərlərimiz maksimum diqqətli olmağa çalışırlar. İnşaallah, yaxın günlərdə Əl-Bab şəhəri də İŞİD-dən tamamilə xilas ediləcək", — İ.Kalın əlavə edib.