Türkiyə ABŞ-dakı vətəndaşlarına xəbərdarlıq etdi

© Photo : TRENDTürkiyə XİN
Türkiyə XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusilə Nyu-York, Çikaqo, Filadelfiya, Mayami, Los-Anceles, Sietl, Oklend və Portlend kimi iri şəhərlərlə bağlı Türkiyə vətəndaşlarına xəbərdarlıq edilib

BAKI, 13 noy — Sputnik. ABŞ-da prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları davam edir. Bu baxımdan, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Birləşmiş Ştatlara səfər zamanı ehtiyatlı olmağa çağırıb.

Sputnik Türkiyə KİV-nə istinadən xəbər verir ki, XİN, xüsusilə Nyu-York, Çikaqo, Filadelfiya, Mayami, Los-Anceles, Sietl, Oklend və Portlend kimi iri şəhərlərlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

"İnsidentlər və sosial gərginlikdən irəli gələn risklərlə əlaqədar, ABŞ-da yaşayan, həmçinin bu ölkəyə səfər etməyi planlaşdıran Türkiyə vətəndaşları xüsusilə ehtiyatlı olmalıdırlar", — deyə xəbərdarlıq mətnində bildirilir.

Xəbər lenti
0