CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda mənzillərə verilən su ilə bağlı böyük qalmaqal

© Sputnik / Murad OrujovMətbəxdə su kranı. Arxiv şəkli
Mətbəxdə su kranı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Filter satan şirkətlər, içdiyimiz suyun insan həyatı üçün təhlükəli olduğunu iddia etsə də, "Azərsu" həmin şirkətləri fırıldaqçı hesab edir

BAKI, 23 dek — Sputnik. Sutəmizləyici filterlər satan şirkətlərin nümayəndələri, tez-tez paytaxtdakı mənzillərə təşrif buyuraraq, sakinlərə öz məhsullarını təqdim edirlər. Onlar mənzillərə verilən içməli suyu xüsusi süzgəclərdən keçirərək, onun tərkibində xeyli zərərli maddələrin olduğunu əyani şəkildə mənzil sahiblərinə göstərirlər.

Mətbəxdə su kranı. Arxiv şəkli - Sputnik Azərbaycan
Bakının bəzi ərazilərində içməli su problemi yaşanacaq

Belə halla, redaksiyamıza müraciət edən, paytaxt sakini Gülşən Mehdiyeva da üzləşib: "İki nəfər gənc oğlan evimizə gəldi. Su filteri satan şirkətin əməkdaşları olduqlarını və mənzilimizə verilən suyun tərkibini yoxlayacaqlarını bildirdilər. Mən də razılıq verdim. İçəri daxil olub öncə krandan gələn suyu, sonra qaynatdığım suyu yoxladılar. Daha sonra suyun tərkibinin çirkli olduğunu və bizim həyatımız üçün təhlükəli olduğunu dedilər".

© © KarikaturaKrantdan nə gəlir
Krantdan nə gəlir - Sputnik Azərbaycan
Krantdan nə gəlir

Şirkət əməkdaşları bu suyun insan orqanizmi üçün təhlükəli olduğunu bildiriblər: "Dediklərinə görə, təklif etdikləri filter həmin zərərli maddələri suyun tərkibindən çıxarır. Qiyməti baha olduğundan, ala bilmədik. Sonradan öyrəndim ki, həmin sutəmizləyicidən bəzi qonşular alıblar".

© Photo : www.aznews.az“Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı
“Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı - Sputnik Azərbaycan
“Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik-ə açıqlamasında, Bakıda mənzillərə verilən suyun tərkibinin təhlükəli olduğu haqda iddiaları rədd edib: "Onlar işbazlardır. Özüm də bu vəziyyətlə qarşılaşmışam. 18-20 yaşlı qızları həmin şirkətlər salırlar ortalığa, qapı-qapı gəzdirirlər. Özləri də bilmədikləri alətlərlə test edirlər və deyirlər ki, su zəhərlidir. Su zəhərli olmur axı, heç olmasa, "su çirklidir" desələr, dərd yarı."

Cəbrayıllının dediyinə görə, həmin şəxslərin suyu iki növ aparatla yoxlayırlar: "Heç özləri də bilmirlər ki, əllərindəki alətlər nə üçündür. Pedefmetr suyun elektrik keçirməsini yoxlayır. Elektrik keçirmə dərəcəsi 250-ni keçəndə qeyd edirlər ki, bu su çirklidir. Amma dünyada 1500 dərəcəyə kimi suyun elektrik keçirilməsi normal hesab olunur. Həmçinin, elektroliz edirlər. Aləti suya salanda, su göy rəngə çalır və deyirlər, "su çirklidir". Əslində bu da normaldır, suda olan mineralların rəngidir. Axı, mineralsız su ölü sudur."

""Azərsu" ASC-nin təmsilçisi olaraq bəyan edirəm ki, "Azərsu" mənzillərə verilən suyun keyfiyyətinə diqqət edir və bu su hazırda qüvvədə olan keyfiyyət standartlarına cavab verir. Eyni zamanda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi də suyun keyfiyyətinə nəzarət edir. Bu gün "Azərsu" suyun tərkibini yoxlamaq üçün 50-dən artıq analiz həyata keçirir. Suyun keyfiyyətinə tam əminliklə zəmanət veririk." — ASC sözçüsü vurğulayıb.

O, təklif olunan filterlərin təhlükəli tərəfinə də toxunub: "Elə filterlər var ki, suyu yumşaldır və mineralları tutub saxlayır. Bu da sonradan insan orqanizmində bir çox xəstəliklər yaradır. Biz demirik ki, filter quraşdırmasınlar, vətəndaşların şəxsi işləridir. Amma suyun keyfiyyətinə əmin olduğumuz üçün deyirik ki, buna ehtiyac yoxdur".

© Sputnik / Murad OrujovEyyub Hüseynov
Eyyub Hüseynov - Sputnik Azərbaycan
Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da Sputnik-ə açıqlamasında vətəndaşları, filter satan şirkətlərə aldanmamağa çağırıb: "Bu gün bazarda 20-dən çox su filteri satan şirkət var. Müxtəlif üsullarla insanları inandırmağa çalışırlar ki, sular keyfiyyətsizdir və filter qoşmaq lazımdır. Bu, anormal haldır. Biz su filteri satanların suyu test etdikləri alətləri əldə etdik və dəfələrlə mütəxəssislərə bu alətləri yoxlatdırdıq. Nəticədə, həmin avadanlıqların özlərinin heç bir keyfiyyət standartına cavab vermədiyi ortaya çıxdı".

"Həmçinin, təklif olunan su filterlərinin qiyməti 3000 manatadək gedib çıxır. Buna kimin imkanı çatar? Onlara qarşı tədbir görülməlidir", — ekspert bildirib.

Hüseynovun fikrincə, sözügedən filterlərdən çıxan su insan orqanizmi üçün zərərlaidir: "Suyun tərkibindəki xeyirli minerallar filterdən keçə bilmir su "ölü" suya çevrilir. Bu da insan üçün zərərlidir. Buna görə də, şəxsən mən filterdən istifadə etmirəm".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA Mikrobiologiya İnstitutunun direktor müavini Pənah Muradov da Sputnik-ə açıqlamasında, mənzillər verilən suyun tərkibindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda suyun keyfiyyəti müəyyən standartlara cavab versə də, idealdan uzaqdır.

"Su keyfiyyətli olsaydı, biz gedib dükanlardan filterdən keçirilmiş su almazdıq. Su borularının çoxu köhnədir və bu da suyun çirklənmə ehtimalını artırır. Ona görə filterdən istifadə edilməsini məsləhət görürəm" — ekspert bildirib.

Xəbər lenti
0