Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Muxtar Maniyev həyat səhnəsindəki sonuncu rolunu da oynadı

© AZƏRTACЛегендарный азербайджанский актер театра и кино, народный артист Мухтар Маниев
Легендарный азербайджанский актер театра и кино, народный артист Мухтар Маниев - Sputnik Azərbaycan
Abunə olmaq
O, bu gün Qala qəbiristanlığında torpağa tapşırılacaq

BAKI, 22 dek — Sputnik. Bu gün səhər saatlarında dünyasını dəyişən xalq artisti Muxtar Maniyev Qala qəbiristanlığında dəfn olunacaq. Mərhumun həyat yoldaşı Nəsibə Maniyeva Sputnik-ə bildirib ki, mərhum öz vəsiətinə uyğun olaraq Qala qəbiristanlığında ata-anasınını yanında dəfn olunacaq.

Habil Əliyev - Sputnik Azərbaycan
Habil Əliyevin vəfatından bir il ötdü

Mərhumla vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək. Qeyd edək ki, xalq artistinin Fəxri Xiyabanda dəfn edilməsi ilə bağlı hökumət nümayəndələrinini təklifinə ailəsi razılıq verməyib.

Xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. O, indiyə qədər 157 filmə çəkilib. Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib.

Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləyiblər. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində aktyor çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

Прозаик и поэт Фазиль Искандер - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Yazıçı Fazil İsgəndər dünyasını dəyişib

Mütəxəssislərin fikrincə, bir aktyor kimi Maniyevin konkret ampluası olmayıb, o, müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradıb. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır.

Muxtar Maniyev yaradıcılığı bizim kinematoqrafiyanın böyük bir dövrü ilə bağlıdır. 40 ildən artıq yaradıcılığı dövründə o, milli kinomuz üçün qiymətli obrazlar yaradıb.

Muxtar Maniyev məhsuldar sənətçilərdən olub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. "Mozalan" satirik kinojurnalının əksər bədii süjetlərində onun yaddaqalan rolları var.

Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkirdi. Vəziyyəti getdikcə pisləşən sənətkarın, 2015-ci il avqustun 11-də sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunmuşdu. Vəziyyəti stabil olan aktyorun səhhəti 22 dekabrda yenidən pisləşib və səhər saatlarında dünyasını dəyişib.

Xəbər lenti
0