CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qəsəbədə qaz böhranı yaşanır və "Azəriqaz" xəbərsizdir...

CC0 / Public Domain Pictures / GasQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Kərbəlayev: "Dediyiniz qəsəbəyə iki aydır qazın zəif verildiyi barədə məlumatdan xəbərim yoxdur. Bu barədə bizə məlumat daxil olmayıb"

BAKI, 22 dek — Sputnik. "2 aya yaxındır ki, qaz olduqca zəif verilirdi. Bu gün isə olan qazımızı da kəsdilər". Bunu Masazır qəsəbə sakini Sərxan Məmmədov Sputnik-ə ünvanlandığı şikayət məktubunda yazıb.

Abşeron Gənclər Şəhərciyində yaşayış binaları, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda qaz problemi ilə bağlı etiraz aksiyası keçirilib

Vətəndaşın sözlərinə görə, uzun müddətdir ki, yaşadığı "Yeni Bakı" yaşayış kompleksində qaz yox dərəcəsindədir: "Hara gedirik, sualımıza konkret cavab verən yoxdur. Qışın soyuğunda bizi qazsız qoyublar. Problemin nə olduğunu isə heç kim izah etmir. 2 aydır istiliksiz qalmışıq. Çox cüzi ölçüdə qaz verilirdi qəsəbəyə. Bu gün birdəfəlik kəsdilər. Xahiş edirik, araşdırın və problemin mənbəyi haradan qaynaqlanır, bu barədə ictimaiyyəti məlumatlandırın".

Məsələni araşdırmaq üçün "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevlə əlaqə saxladıq. Maraqlıdır ki, qurumun mətbuat katibi İbrahim Kərbəlayev, Masazıra qazın verilmədiyindən xəbərsiz olduğunu bildirdi.

"Dediyiniz qəsəbəyə iki aydır qazın zəif verildiyi barədə məlumatdan xəbərim yoxdur. Bu barədə bizə məlumat daxil olmayıb. Ancaq bu gün qazın kəsildiyi doğrudur. Sızma ilə bağlı hazırda Masazıra qaz verilməsi dayandırılıb. Problem aradan qalxandan sonra qaz veriləcək. Təmir işləri gün ərzində yekunlaşacaq", — "Azəriqaz" sözçüsü vurğuladı.

Qeyd edək ki, son 2-3 aydır, Masazır qəsəbəsinə qazın zəif verildiyi ilə bağlı Sputnik-in redaksiyasına dəfələrlə şikayət ərizələri daxil olub.

Xəbər lenti
0