Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qaz problemi ilə bağlı etiraz aksiyası keçirilib

© Photo : STRAbşeron Gənclər Şəhərciyində yaşayış binaları, arxiv şəkli
Abşeron Gənclər Şəhərciyində yaşayış binaları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlər aldadıldıqlarını iddia edir və bunun səbəbini öyrənmək üçün ofisə gələrək şirkətin rəsmisi ilə məsələni aydınlaşdırmağa çalışıblar. Lakin Akkordun rəsmisi insanları təhqir edərək ərazidən uzaqlaşdırmağa çalışıb.

BAKI, 2 dek — Sputnik. Bu gün Bakı-Sumqayıt şosesi, Ər-Riyad Ticarət Mərkəzi ilə üz-üzə yerləşən Abşeron Gənclər Şəhərciyində yaşayan bir qrup sakin, Akkord Şirkətlər Qrupunun mərkəzi ofisinin qarşısında etiraz aksiyası keçiriblər. Sakinlərin dediklərinə görə, yaşadıqları binada qaz sayğacı quraşdırılsa da, onlara kart verilmir ki, əhali qazdan istifadə etsin.

Sakinlər aldadıldıqlarını iddia edir və bunun səbəbini öyrənmək üçün ofisə gələrək şirkətin rəsmisi ilə məsələni aydınlaşdırmağa çalışıblar. Lakin Akkordun rəsmisi insanları təhqir edərək ərazidən uzaqlaşdırmağa çalışıb.

Şikayət edənlərdən biri "sağımız, solumuz qazı yandırır, amma bizə vermədilər. Cəmi 12 adama qaz kartı verilib. 14 blokda isə rəsmi açılış olub və qaz istifadəyə verilib. 7 blokda isə sayğacların hamısı plomblanıb hazırdı, ancaq 12 nəfərə kart verilib, yerdə qalanlarına vermirlər. Səbəbini də demirlər. Elə deyirlər gözləyin" deyə bildirib.

Baş verənlərlə bağlı "A24.az"ın redaksiyasına videogöründü daxil olub.

Xəbər lenti
0