BAKI, 21 dek — Sputnik. 1891-ci il dekabrın 21-də ABŞ-ın Massaçusets ştatının Sprinqfild şəhərində Xristian gənclər assosiasiyasının tədris mərkəzinin zalında tarixdə ilk dəfə basketbol oyubu keçirilib. Oyunu banisi bədən tərbiyəsi müəllimi Ceyms Neysmit idi. Neysmit oyun üçün 13 maddədən ibarət qaydalar yazmışdı. Bu qaydaların çoxu günümüzdə də qüvvədədir. Bu tarix qeyri-rəsmi olaraq basketbolun yaranma tarixi sayılır.
Oyundan əvvəl Neysmit gözətçidən tələbələrin sərrast top atmaqda məşq etmələri üçün iki boş qutu gətirməsini xahiş edib. Lakin qutu tapmayan gözətçi iki şaftalı səbətini ("səbət" — ingiliscə "basket", oyunun adı da buradan qaynaqlanır) gətirib. Bu səbətləri hündürlüyü 3 metr 5 santimetr olan eyvanın müxtəlif tərəflərinə bərkidiblər. İlk oyunda hər birində 9 nəfər olan iki komanda yarışıb.
Tədricən yeni oyun populyarlaşmağa başlayıb. 1893-cü ildə səbətləri dəmir həlqələrlə əvəz ediblər. 1894-cü ildə ABŞ-da basketbolun ilk rəsmi qaydaları dərc olunub. 1895-ci ildə bu oyun üzrə ilk rəsmi yarışlar keçirilib. 1897-ci ildə komandaların heyətləri 5 nəfərlə məhdudlaşdırılıb.