Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda türk diplomatın qızının ölümünün arxasındakı sirr

CC0 / StockSnap / windowAçıq pəncərə
Açıq pəncərə - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq-mühafizə orqanları yeniyetmə qızın ölüm səbəbinə aydınlıq gətirib

BAKI, 21 dek — Sputnik. On beş yaşlı Türkiyə vətəndaşı, ötən gün axşam saat 19.20 radələrində Bakının Nəsimi rayonunda özünə qəsd edib. Bu barədə Sputnik-ə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 2001-ci il təvəllüdlü Şəvval Ummuxan Arslan qızı Günlər, özünü Sarabski küçəsindəki 16 saylı, 14 mərtəbəli evin 10-cu mərtəbəsinin pəncərəsindən atıb. Araşdırma zamanı məlum olub ki, qız Türkiyənin Azərbaycandakı səfirliyinin gömrük rejiminə cavabdeh müşaviri Arslan Əzmi Günlərin qızıdır.

Pavel Soltanın qızı Anastasiya Soltan ilə - Sputnik Azərbaycan
RUSİYA
Vitse-spikerin qızı intihar etdi

Bu intihar faktı ilə bağlı əvvəlcə başqa versiya səslənsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları qızın bədbəxt hadisənin qurbanı olduğunu düşünürlər. Hadisə yerinə baxış keçirən hüquq mühafizəçiləri deyiblər: "Biz hadisənin baş verdiyi yerə — uşaq otağına baxış keçirdik. Qızın yıxıldığı pəncərə ilə döşəmə arasındakı məsafə çox qısadır və pəncərə şəhərin mərkəzi hissəsinə açılır. Ehtimal edilir ki, qız Bakı gecəsinin işıqlarına tamaşa etmək üçün pəncərədən bayıra baxırmış və bu vaxt müvazinətini saxlaya bilməyərək yerə düşüb. Həmin otağın döşəməsi sürüşkəndir, Şəvval Ummuxan isə həmin vaxt corabda olub".

Türkiyə vətəndaşının ailəsi qızı intellektual kimi xarakterizə edib. O, dərslərini yaxşı oxuyurmuş və valideynləri ilə çox isti münasibəti varmış. Buna görə də, valideynləri heç cür anlaya bilmirlər ki, yeniyetməni intihara nə vadar edə bilərdi. Hadisənin baş verdiyi yerdə qızın bu hərəkətini izah edə biləcək heç nə tapılmayıb.

Qeyd edək ki, Azərbaycan mediasında yayılan ilkin versiyaya görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb. O isə valideynlərinin tənbehindən qorxaraq özünə qəsd edib.

Xəbər lenti
0