BAKI, 25 noy — Sputnik. Sankt-Peterburq Ali Məclisinin sabiq vitse-spikeri Pavel Soltanın qızı Anastasiya Soltan intihar edib. O, valideynlərinin ölümündən sonra özünə qəsd edib.
© Photo : Anastasiya Soltanın internet səhifəsiAnastasiya Soltan həyat yoldaşı ilə
Anastasiya Soltan həyat yoldaşı ilə
© Photo : Anastasiya Soltanın internet səhifəsi
Sputnik Gazeta.ru-ya istinadən xəbər verir ki, Anastasiyanın bacısı Veronika Soltanın dediyinə görə, bacısı psixoloji yardım almaq istəməyib və vəziyyəti günü-gündən ağırlaşıb.
Xatırladaq ki, Anastasiya avqustun 14-də valideynləri ilə birgə qəzaya düşüb və ailə üzvlərini itirib. Son vaxtlar rəfiqəsi ilə birgə yaşamağa başlayan 22 yaşlı Anastasiya doğum günü olan 24 noyabrda intihar edib.