Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

4000-ə yaxın dərman vasitəsi ilə bağlı uyğunsuzluqlar aşkarlanıb

© Photo : APASəhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyli
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyli - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik rəsmisi: "İdxal-ekspertiza şöbəsinə 27000-dən çox seriyada dərman vasitəsinin idxalı üçün müraciətlər olub"

BAKI, 20 dek — Sputnik. "Dərman vasitələrinin qeydiyyat-ekspertiza şöbəsi tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş "Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları"na müvafiq olaraq dərman vasitələrinin ilkin və ixtisaslaşdırılmış ekspertizasının aparılması üçün müraciət edən şəxslərlə müqavilələr bağlanıb".

Boyarışnik (Yemişan) cövhəri - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bakı apteklərində də satılan məhlul 26 nəfərin həyatına son qoydu

Sputnik xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyli bu gün keçirilən mətbuat konfransında belə deyib. "Şöbədə il ərzində 400-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb. Dərman vasitələrinin təlimatlarının təsdiqlənməsi prosedurunun sürətləndirilməsi üçün tərəfimizdən tərcümə xidmətinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb. Təşəbbüsü Səhiyyə Nazirliyi müsbət qiymətləndirilib, tərcümə xidmətlərinə dair tariflər təsdiq olunub", — deyə o bildirib.

Şöbə müdiri qeyd edib ki, cari il ərzində Səhiyyə Nazirliyinin Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə 27000-dən çox seriyada dərman vasitəsinin idxalı üçün müraciətlər olub: "Onlardan 23000-dən çoxu ilə bağlı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkarlanmayıb, onların idxalına icazə verilib".

"4000-ə yaxın dərman vasitəsi ilə bağlı müəyyən uyğunsuzluqlar müəyyənləşib. Bunlar qeydiyyat, içlik vərəqəsi və qablaşdırılma ilə əlaqədar olub. 3000-dən çox dərman vasitəsinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb. Bu il uyğunsuzluq olduğuna görə 212 dərman vasitəsinin Azərbaycana idxalına qadağa qoyulub, qalanları isə hazırda araşdırma mərhələsindədir", — P. Əzizbəyli vurğulayıb.

Xəbər lenti
0