Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakı apteklərində də satılan məhlul 26 nəfərin həyatına son qoydu

© Photo : Viktor Gilitsky / www.kp.by"Boyarışnik" (Yemişan) cövhəri
Boyarışnik (Yemişan) cövhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Apteklərdə Rusiya istehsalı olan kabus dolaşır. İki mindən artıq dərman vasitəsi qanunsuz dövriyyədən çıxarılıb.

BAKI, 19 dek — Sputnik. Rusiyanın hüquq-mühafizə və səhiyyə orqanları ölkə ərazisində və yaxın xaricdə yayılan "Boyarışnik" (Yemişan) cövhəri ilə bağlı həyəcan təbili çalıb. Belə ki, hazırda İrkutskda "Boyarışnik" cövhərindən zəhərlənənlərin sayı durmadan artır.

Bakıda aptek - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bakı apteklərində xərçəngə qarşı dərmanlar yoxa çıxıb

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Lenin rayonunun prokuroru Stanislav Zubovski bildirib. "Vəfat etmiş 26 nəfərdən 6-sının meyiti Novo-Leninodan tapılıb: ikisi kollektordan, 4-ü isə mənzildən. Şəhərdə "Boyarışnik"in satıldığı 100-dən artıq nöqtə aşkarlanıb", — deyə prokuror bildirib.

Onun sözlərinə görə, asayiş keşikçiləri artıq bu zəhərli dərmanın yayımı ilə məşğul olan iki nəfəri saxlayıblar. İki mindən artıq dərman vasitəsi qanunsuz dövriyyədən çıxarılıb.

"Hazırda müstəntiqlər polis əməkdaşları ilə birlikdə sözügedən məhlulun yayıldığı, haqqında ilkin məlumatların əldə olunduğu ticarət mərkəzlərində axtarışlar aparırlar. Bu spirtli məhlulun hazırlandığı 100-də çox yer aşkarlanıb", — deyə Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatında bildirilir.

Hazırda bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı tədqiqat aparır. Daha əvvəl mütəxəssislər bu spirtli məhlulu analiz ediblər və onun tərkibində metanol aşkarlayıblar.

Qeyd edək ki, Rusiya istehsalı olan "Yemişan cövhəri" Azərbaycan apteklərində də satılır.

Xəbər lenti
0