İnsanın bütün həyatı bu 3 ildə proqramlaşdırılır

© Sputnik / Igor Podgorny / Mediabanka keçidÖvladıyla oynayan valideyinlər, arxiv şəkli
Övladıyla oynayan valideyinlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Üç yaşında ikən uşaqda mövcud olan problemlər onların gələcəyini məhv edir

BAKI, 19 dek — Sputnik. ABŞ-ın Dyuka və Yeni Zelandiyanın Otaqo universitetlərinin, həmçinin Britaniyanın London Kral Kollecinin alimləri bəyan ediblər ki, 3 yaşlı uşaqların böyüyəndə necə bir insan olacağı barədə dəqiq proqnoz vermək mümkündür.

Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlanır

Sputnik xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər 35 il ərzində bu barədə tədqiqatlar aparıblar. Birinci mərhələdə onlar Yeni Zelandiyanın bir şəhərində yaşayan min nəfər üç yaşlı uşağın məlumatlarını toplayıblar. Toplanmış bu məlumatlardan sağlam beyin indeksini təyin etmək üçün istifadə ediblər. Bu göstəricilərin təhlili nəticəsində uşaqlardakı hərəkət imkanları, intellektual səviyyə və nitqin inkişafı öyrənilib.

35 ildən sonra, bu tədqiqatın iştirakçısı olmuş uşaqlar 38 yaşa çatanda, alimlər onlar haqqında yenidən informasiyalar toplayıblar və bütün ötən illər ərzində onların necə yaşadıqlarını öyrəniblər. Məlum olub ki, hansı adamların beyin sağlamlıq indeksinin göstəricisi uşaq vaxtı az olubsa, onlar böyüyəndə öz həyatlarını qurmaqda çətinlik çəkiblər.

Alimlər eksperiment iştirakçılarını öyrənərkən, onların sağlamlıq göstəricilərini, sosial xidmətlərdəki və hüquq-mühafizə orqanlarındakı məlumatları da əldə ediblər. Tədqiqatda iştirak edənlərin 20%-i polisin diqqət mərkəzində olub. Bu o adamlar idi ki, uşaq vaxtı onların beyinlərinin sağlamlıq göstəricisi aşağı idi. Onlar qrupda məhkumluğu olmuş şəxslərin 81%-ni, eyni zamanda bütün qrupdakı sosial yardım alan insanların 2/3-ni təşkil edirdilər.

London Kral Kollecini təmsil edən Terri Moffit qeyd edib ki, bu tədqiqatın məqsədi — adamlara uşaq vaxtından başlayaraq müvafiq yarlıqları yapışdırmaq deyil: "Məqsəd sadəcə uşaqların gələcək problemlərindən əmin olmaq və mövcud vəziyyəti düzəltməyə çalışmaqdır".

"Üç yaşında ikən uşaqda mövcud olan problemlər onların gələcəyini məhv edib. Bu uşaqlar böyüdükcə potensial cinayətkarlar, yaxud da uğursuz insanlara çevriliblər. Üç yaşa qədər uşaqların beyninin inkişafının qayğısına qalmaq lazımdır. Sonra gec olur", — deyə Moffit bildirib.

Xəbər lenti
0