51 gün cəhənnəmdə qalan həkim üzləşdiyi dəhşətləri anlatdı

© abcnews.comFələstinli uşaq
Fələstinli uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər cür silahdan istifadə edildi, mülki əhali, yaşayış binaları, xəstəxanalar, ambulanslar hədəf alınaraq məhv edildi. Bütöv ailələr yox oldu, getdi..."

BAKI, 19 dek — Sputnik. "İsrail, özünə tanınan toxunulmazlığın dadını çıxarır". Sputnik Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri, İsrail Qəzzanı bombalayarkən, fələstinlilərə tibbi yardım göstərmək üçün ərazidə olan norveçli həkim Mads Gilbert deyib.

F-16 qəzaya uğrayıb - Sputnik Azərbaycan
Qəzzanı bombalayan İsrail qırıcısının pilotu faciəli şəkildə ölüb

2014-cü ildə yaşanan insanlıq faciəsini heç vaxt unuda bilməyəcəyini deyən M. Gilbert, BMT və digər beynəlxalq təşkilatların fələstinlilər üçün heç bir şey etmədiyini söyləyib: "İsrail, məhz bu faktordan hələ də yararlanır, bu toxunulmazlığın dadını çıxarır. Çünki ona heç kim heç nə demir. Nə BMT, nə də digər beynəlxalq təşkilatlar".

Qəzza sektoruna blokadanın başladığı gündən bu yana, İsrailin bütün hərbi əməliyyatlarında fələstinlilərə könüllü tibbi xidmət göstərən norveçli həkim Mads Gilbert, 1982-ci ildə Beyrut İsrail ordusu tərəfindən bombalanarkən gördüyü dramla Qəzzada olanların eynilik təşkil etdiyini deyib: "Ssenari eyni idi. Öncə şəhər mühasirəyə alınırdı. Daha sonra elektrik, qaz və su xətləri sıradan çıxarılırdı. Ən sonda havadan əməliyyat başlayırdı. Yəni Beyrutda elədiklərinin eynisini Qəzzada törədirdilər. Bir sözlə, İsrail əsgərləri ən vəhşi üsullardan istifadə edirdilər. Gecə-gündüz sivillərin üzərinə bombalar yağdırırdılar. Əllərimdə ölən körpələr hələ də gözümün qabağındadır. Qorxunc mənzərə idi. Bütün bu olanlara rəğmən İsrailə "gözün üzərində qaşın var" deyən yox idi və hələ də yoxdur".

2014-cü ildə İsrailin 51 günlük Qəzza qətliamını dəyərləndirən Gilbert deyib: "51 gün davam edən "cəhənnəmdə", xəstəxanaya gələnlərin 95%-i sivillər idi. Onların da yarısı qadın və uşaq idi. Həmin qətliamda 556-sı uşaq olmaqla, 2200 insan həyatını itirdi, 3500 uşaq yaralandı. Bunların hamısı, BMT, Beynəlxalq Qızıl Xaç, Qızıl Aypara kimi vətəndaş təşkilatları tərəfindən qorunmalıydı. Ancaq heç bir şey edilmədi. Fələstinə aid 47 ambulans hədəf alındı və 21 səhiyyə işçisi öldürüldü".

İsrailin beynəlxalq sahədəki toxunulmazlığına diqqəti çəkən Gilbert, müsahibəsini olduqca maraqlı ifadələrlə yekunlaşdırıb: "Özünüzə bu sualı verin: Əgər fələstinli döyüşçülər, Allah qorusun, İsrailin içinə doğru irəliləsələr, 556 israilli uşağı öldürsələr və ya 21 israilli səhiyyə işçisini, həkimi öldürsələr və ya 47 təcili yardımı hədəf alaraq yox etsələr, inanın dünya tərsinə dönərdi. Ancaq bu hərəkətləri İsrail əsgərləri etdiyinə görə dünya susur, BMT susur".

"2006-cı ildən bu yana 4 dəfə ayrı-ayrı illərdə Qəzzada qətliam yaşandı. Hər cür silahdan istifadə edildi, mülki əhali, yaşayış binaları, xəstəxanalar, ambulanslar hədəf alınaraq məhv edildi. Bütöv ailələr yox oldu, getdi. Ancaq bunun qarşısını heç bir söz sahibi təşkilat almadı. Ona görə də, İsrail bu gün böyük, qorxunc bir toxunulmazlığın dadını çıxarır", — həkim vurğulayıb.

Xəbər lenti
0