BAKI, 6 okt — Sputnik. İsrail Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarəsi dünən Qəzza bölgəsini bombaladıqdan sonra, geri qayıdarkən qəzaya uğrayıb. F-16 qırıcısının pilotu hadisə yerində həlak olub.
Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İsrailin "Haarets" qəzeti məlumat yayıb. Xəbərə görə, pilotun yanındakı şturman da təyyarəni tərk edib və yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İsrailin Müdafiə Nazirliyi hadisənin səbəbinin hələlik dəqiqləşmədiyini, insidentin araşdırıldığını bildirib.