Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Minbir dərdin dərmanı: Qazax rayonunun müalicəvi isti suyu

Abunə olmaq
Ölkəmiz minbir dərdin dərmanı olan müalicəvi mineral suları ilə məhşurdur. Onlardan biri də Qazax rayonunun Aşağı Salahlı kəndi ərazisindən çıxan müalicəvi isti sudur.

Qazax rayonunun Aşağı Salahlı kəndi ərazisindən çıxan müalicəvi isti su - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda möcüzəvi şəfa ocağı: hamı oraya axışır
Qazax rayonunun Aşağı Salahlı kəndi Suyun müalicəvi tərkibini, ilk olaraq yerli əhali aşkarlayıb. Sonradan kənd sakinləri tərəfindən suyun nümunəsi Bakıya aparılaraq ekspertizaya verilib. Elmi tədqiqat instutlarında yoxlama aparıldıqdan sonra, onun bir çox faydaları təsdiqlənib. Bu su oynaq, dəri, qaraciyər, öd yollarının, sinir ağrıları və mədə-bağırsaq xəstəliklərinin sağalması və qarşısının alımasında müalicəvi xüsusiyyətə malikdir.

Həmçinin, məhz bu kənddəki "İsti su" bulağının suyu, elmi tədqiqat instutları tərəfindən Azərbaycanda içilməsinə icazə verilən yeganə kükürdlü sudur. Fəsillərdən asılı olmayaraq, suyun tempraturu daim 40 dərəcə olur.

Xəbər lenti
0