Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İtkin düşmüş neftçiləri 44 gəmi axtarır

© Sputnik / Murad OrujovNəriman Nərimanov adına NQÇİ-də neftçilərin itkin düşməsi ilə bağlı Azneft İB-da mətbuat konfransı
Nəriman Nərimanov adına NQÇİ-də neftçilərin itkin düşməsi ilə bağlı Azneft İB-da mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza nəticəsində itkin düşmüş 9 neftçinin axtarışına 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb olunub

BAKI, 18 dek — Sputnik. SOCAR "Azneft" İB-nin Xəzər dənizində yerləşən, N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 9 neftçinin axtarışına 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb olunub. Sputnik xəbər verir ki, bu barədə Axtarış-xilasetmə Qərargahından yayılan məlumatda bildirilir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
İlham Əliyevdən itkin düşən neftçilərlə bağlı mühüm qərar

Qeyd olunur ki, "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən yaradılmış Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mütəxəssislərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarının planı təsdiq olunaraq, axtarış-xilasetmə sektorları müəyyən edilmiş və qeyd olunan plana uyğun olaraq tədbirlər həyata keçirilməsi təmin edilməkdədir.

"Hazırda qeyd olunan Plan üzrə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv axtarış-xilasetmə işləri davam etdirilməkdədir", — deyə məlumatda qeyd olunur.

Eyni zamanda bildirilir ki, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilməkdədir. Əlavə olaraq, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb. Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Xəbər lenti
0