BAKI, 17 dek — Sputnik. Türkiyənin Kayseri rayonunda baş vermiş dəhşətli terror PKK tərəfindən törədilib. Sputnik haberler-ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Numan Kurtulmuş açıqlama verib.
Onun sözlərinə görə, Kayseridəki hərbi hissənin rəhbərliyinin icazəsi ilə gəzintiyə çıxan əsgərlər pusquya düşüblər: "Terror hücumu, məhz əsgərlərə qarşı qurulub. Son dərəcə xain bir hücumdur. Bunun bir intiqam planı olduğunu istisna etmirik".
Kurtulmuş daha sonra deyib: "Bu terror hadisəsində istifadə olunan ləvazimatlar açıq satışda yoxdur. Həmçinin, onlar bəzi ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur. Yəni, işin arxasında xaricdən dəstək və kəşfiyyat məlumatları var".