BAKI, 17 dek — Sputnik. Türkiyənin Kayseri rayonunda baş vermiş dəhşətli terrorla bağlı ilk rəsmi açıqlama, bu ölkənin baş naziri Binəli Yırldırımdan gəlib. Sputnik haberler-ə istinadən xəbər verir ki, Yıldırım "terrorçuları sevindirməyəcəyik" açıqlamasını verib.
Baş nazir hazırda məsələnin araşdırıldığını və əldə olunan nəticələrin xalqla bölüşüləcəyini bildirib: "Xalqımızla hər şeyi paylaşacağıq".
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Kayseri rayonunda dəhşətli terror aktı baş verib. Hadisə bomba yüklənmış avtomobilin, əsgərləri daşıyan avtobusun yanında partladılması nəticəsində yaşanıb. Ən son məlumatlara görə, terror zamanı 13 hərbçi şəhid olub, 48 əsgər yaralanıb. Bununla yanaşı, mülki vətəndaşlardan da yaralananların olduğu bildirilir.