Türkiyədə terror qurbanlarının sayı artır

© Photo : Dogan News Agency via REUTERSYaralıları daşıyan ambulans
Yaralıları daşıyan ambulans - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili işlər nazirinin verdiyi açıqlamaya görə, həyatını itirənlərin sayı 14-ə, yaralı sayı isə 56-ya çatıb

BAKI, 17 dek — Sputnik. Bu gün səhər saatlarında, Türkiyənin Kayseri rayonunda törədilmiş terror aktı nəticəsində həyatını itirənlərin sayı artıb. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, artıq terror qurbanlarının sayı 14-ə çatıb.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş - Sputnik Azərbaycan
Türkiyə terroru ilə bağlı müdhiş plan

Daxili işlər naziri Süleyman Soylunun verdiyi məlumata görə, partlayışda xəsarət alanların sayı 56-ya yüksəlib. "14 şəhidimiz, 56 yaralımız var. Yaralılardan 12-si reanimasiyaya yerləşdirilib, onlardan 4-nün vəziyyəti ağırdır", — nazir bildirib.

O, hadisə ilə əlaqədar 7 nəfərin saxlanıldığını əlavə edib: "Daha 5 nəfərin də axtarışındayıq. Terrorçunun şəxsiyyəti müəyyənləşdirilib. Onun haradan gəldiyi və kim olduğuna dair məlumatlarımız var".

Qeyd edək ki, terrorçu əsgərləri daşıyan avtobusu, hələ hərbi hissədən çıxdığı andan izləyirmiş. Partlayışı işıqforun qırmızı işığında həyata keçirib. Özünü partladan terrorçunun beldən yuxarısı parçalanıb. Uzun saçlı olduğu üçün, əvvəlcə onun qadın olduğu təxmin edilib. Lakin sonrakı analizlər nəticəsində kişi olduğu ortaya çıxıb".

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Kayseri rayonunda dəhşətli terror aktı baş verib. Hadisə bomba yüklənmış avtomobilin, əsgərləri daşıyan avtobusun yanında partladılması nəticəsində yaşanıb. İlk məlumatlarda, terror zamanı 13 hərbçinin şəhid olduğu, 48 əsgərin yaralandığı bildirilirdi. Bununla yanaşı, mülki vətəndaşlardan da yaralananların olduğu qeyd olunurdu. Terror aktının PKK terror təşkilatı tərəfindən törədildiyi vurğulanır.

Xəbər lenti
0