BAKI, 17 dek — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
Xatırladaq ki,Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Kayseri rayonunda dəhşətli terror aktı baş verib. Hadisə bomba yüklənmış avtomobilin, əsgərləri daşıyan avtobusun yanında partladılması nəticəsində yaşanıb. Ən son məlumatlara görə, terror zamanı 13 hərbçi şəhid olub, 48 əsgər yaralanıb. Bununla yanaşı, mülki vətəndaşlardan da yaralananların olduğu bildirilir.