BAKI, 17 dek — Sputnik. Türkiyənin Kayseri rayonunda baş vermis terrorun bəzi detalları üzə çıxıb. Sputnik milliyet-ə istinadən xəbər verir ki, hadisə bomba yüklənmış avtomobilin, əsgərləri daşıyan avtobusun yanında partladılması nəticəsində baş verib.
Son məlumatlara görə, terror zamanı 13 hərbçi şəhid olub, 48 əsgər yaralanıb. Bununla yanaşı, mülki vətəndaşlardan da yaralananların olduğu bildirilir.