CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ekoloji fəlakət ərəfəsindədir

© SputnikGürcüstanın paytaxtın Tbilisinin ərazisindən keçən Kür çayı
Gürcüstanın paytaxtın Tbilisinin ərazisindən keçən Kür çayı - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan Kür çayının üzərində bənd tiksə və yeni su elektrik stansiyası quraşdırsa, çayın Azərbaycandan keçən hissəsində suyun səviyyəsi azalacaq və içməli su qıtlığı yaranacaq

BAKI, 17 dek — Sputnik. "Kür çayının Gürcüstandan keçən hissəsində su elektrik stansiyasının (SES) tikilməsi Azərbaycan üçün ekoloji fəlakətlə nəticələnə bilər. Eyni zamanda bu, respublikamızın iqtisadiyyatına ciddi zərbə vuracaq".

На Баку обрушился ливень - Sputnik Azərbaycan
HADİSƏ
Yağışlar Azərbaycanda ekoloji fəlakətlərə səbəb olub

Bu sözləri Sputnik-ə ekoloq Fikrət Cəfərov deyib. Qeyd edək ki, KİV Gürcüstanın 5 SES tikməyi planlaşdırdığı, onlardan birinin Tbilisinin cənubunda, Kür çayı üzərində olacağı barədə xəbər yayıb.

Diqomi SES adlandırılan bu stansiyanın gücü 17,5 meqavatt olacaq. Bu stansiyanın tikintisinə hökumət 35 milyon dollar ayırıb. Tikinti işlərinin 2,5 ilə başa çatdırılması planlaşdırılır.

Qeyd etmək lazımdır ki, Tbilisinin mərkəzi olan Ortaçalada — Kür çayının üzərində artıq bir SES var. Ekoloqun sözlərinə görə, dünya alimləri çoxdan sübut ediblər ki, SES uçun bəndin tikilməsi ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərir.

"Bu zaman hövzənin su rejimi tamamilə pozulur. Öz növbəsində bu hal biomüxtəlifliyə, iqlim və bütövlükdə çayın özünə təsir göstərir", — Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ilbəil təmiz su çatışmazlığı problemi böyüyür: "Bu, Azərbaycanın ekologiyasına və iqtisadiyyatına mənfi təsir göstərir".

Əlavə edək ki, SES-in tikintisi nəticəsində Kür çayında suyun səviyyəsinin aşağı düşəcəyi gözlənilir.

Xəbər lenti
0