CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşmüş neftçilərlə bağlı qorxunc iddia

© Photo : APAMillət vəkili Qüdrət Həsənquliyev
Millət vəkili Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Bu hadisə də həmin ölkələrin xüsusi xidmət orqanlarının əməlləri ola bilər"

BAKI, 16 dek — Sputnik. Parlamentin növbəti plenar iclasında Xəzər dənizində baş verən hadisədə neftçilərin itkin düşməsi məsələsi qaldırılıb. Sputnik xəbər verir ki, millət vəkili Qüdrət Həsənquliyev, son bir ildə eyni hadisənin ikinci dəfə baş verməsini olduqca ciddi və təhlükəli siqnal adlandırıb.

Neftçi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəzərdə batan neftçinin gözyaşardıcı ailə dramı üzə çıxdı

"Bu, hadisə hansısa ölkənin təxribatı da ola bilər. Azərbaycan elə ölkələr ilə sərhəddə yerləşir ki, apardığımız xarici siyasət onların əksər vaxt xoşuna gəlmir. Bu hadisə də həmin ölkələrin xüsusi xidmət orqanlarının əməlləri ola bilər ki, orada estakadada qəza vəziyyəti yaratsın və nəticədə bu hadisələr baş versin. Yaxud başqa bir səbəbdən də ola bilər. Məsul şəxslərin ciddi ehtiyatsızlığı və sair", — deputat bildirib.

"Bunlar araşdırılmalı, məsuliyyətsizliyə yol verənlər cəzalandırılmalıdır. Milli Məclis öz sözünü deməlidir. Baş Prokurorluğa müraciət edək ki, bunun hansısa xarici ölkənin əməli, yaxud digər hansısa əməl səbəbindən baş verməsi ehtimalı ciddi araşdırılsın", — Həsənquliyev əlavə edib.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bununla bağlı Dövlət Komissiyası yaradılıb və iş aparılır: "Onlar araşdırıb nəticə ortaya qoymamış Milli Məclis nə edə bilər? Danışanda, bir az diqqətli olun!".

Xəbər lenti
0