CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə batan neftçinin gözyaşardıcı ailə dramı üzə çıxdı

© Photo : STRNeftçi
Neftçi - Sputnik Azərbaycan
Abunə olmaq
Ailənin sağ qalan yeganə övladı bu gün Xəzərdə itkin düşüb

BAKI, 15 dek — Sputnik. Bu gün Xəzər dənizində baş verən qəzada itkin düşmüş operator Qorxmaz Rüstəmov ailənin sağ qalan yeganə övladıdır. Onun bacı və qardaşı bir neçə il əvvəl avtoqəzada həlak olublar.

SOCAR-ın Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov - Sputnik Azərbaycan
Həlak olan neftçinin adı açıqlandı

Sputnik Azadlıq-a istinadla xəbər verir ki, bu barədə Rüstəmovun yaşadığı, Hacıqabul rayonu Atbulaq kəndinin icra nümayəndəsi Pərviz Dadaşov məlumat verib. Onun sözlərinə görə, Xəzər dənizində baş vermiş qəzada itkin düşən Qorxmaz Rüstəmov ailənin yeganə övladıdır.

"Bir neçə il əvvəl baş verən avtomobil qəzasında Qorxmaz Rüstəmovun bacısı, onun əri, uşağı və qardaşı həlak olub. Rüstəmovlar ailəsinin 3 övladından yeganə sağ qalan, hazırda adı itkinlər siyasında olan operator Qorxmaz Rüstəmovdur", — P. Dadaşov bildirib.

İcra nümayəndəsi bildirib ki, Rüstəmovun ailə üzvləri hadisədən xəbər tutan kimi dərhal Bakıya gəliblər. Qorxmaz Rüstəmov Atbulaq kəndində yaşayırmış, bir həftədən bir Bakıya işə gəlib-gedirmiş. Qorxmazın valideynləri və həyat yoldaşı kənddə qalır. O özü isə xeyli vaxtdır ki, dənizdə neftçi işləyirdi.

Xatırladaq ki, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Onlardan birinin cəsədi tapılaraq dənizdən çıxarılıb.

Xəbər lenti
0