Dənizdə itkin düşənlərin axtarışı üçün iki gəmi göndərildi

© Sputnik / Dmitriy Korobeynikov / Mediabanka keçidXəzərdə tanker
Xəzərdə tanker - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin "Vixr-5" və "Vixr-8" gəmiləri artıq hadisə yerində axtarışlar aparılır

BAKI, 15 dek — Sputnik. Bu gün səhərin erkən saatlarında baş vermiş qəza nəticəsində Xəzər dənizində itkin düşənlərin axtarışlarına başlanıb. Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirliyin "Vixr-5" və "Vixr-8" gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.

Нефтяная платформа и шельф на Каспийском море - Sputnik Azərbaycan
Xəzərdə növbəti faciə: 10 nəfərin taleyindən xəbər yoxdur

Xatırladaq ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində saniyədə 41 metr sürətlə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə, ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan — maşinist

2. Zülfüqarov Azay — operator

3. Qurbanov Vidadi — operator

4. Həsənov Elçin — mexanik

5. Hacıəliyev Həsənağa — operator

6. Qafarov İlham — operator

7. Əsədov Samir — operator

8. Bəhrəmov Cavid — operator

9. Abbasov Ramiz — maşinist

10. Rüstəmov Qorxmaz — operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft" İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Xəbər lenti
0