ELM

Təhsil naziri bu rayona "gizli" səfər edib

© Photo : edu.gov.azTəhsil naziri İmişlidə vətəndaşları qəbul edib
Təhsil naziri İmişlidə vətəndaşları qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbul əvvəlcədən ayın 9-na planlaşdırılsa da, sonradan ertələnib

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 15 dek — Sputnik. Bu gün təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən bu qəbul, əvvəlcədən ayın 9-na planlaşdırılsa da, sonradan ertələnib.

Orta məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Mövcud təhsil sistemi şagirdlərin bütün enerjisini "sümürür"

Sputnik-in bölgə müxbiri xəbər verir ki, həm bu səbəbdən, həm də əlverişsiz hava şəraitinə görə qəbula çox az adam gəlib. Üstəlik "Açıq qapı" prinsipi pozularaq, nazirin gəlişindən sonra qəbulun keçirildiyi yerə heç kəs, o cümlədən jurnalistlər buraxılmayıb.

Təhsil Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, qəbulda Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin müraciəti dinlənilib. Vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

"Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", — nazirliyin saytında qeyd olunur.

Xəbər lenti
0