BAKI, 15 dek — Sputnik. Dekabın 15-nə keçən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, 60 yaşlı qadın qətlə yetirilib. Bu barədə Sputnik-ə Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.
Camalova Səmayə Süleyman qızına, onun əri İbrahimov Ramiz Zöhrab oğlu tərəfindən 7 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerindəcə keçinib. Qətl hadisəsi onların öz evlərində baş verib. Bu hadisədən sonra həyətə çıxan kişi öz qarnına 8 bıçaq zərbəsi vurub. Qətldə mətbəx bıçağından istifadə edilib.
İbrahimov ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Polisdən bildiriblər ki, pasient hələ ki, özünə gəlməyib, ona görə də dindirilməyib. Baxmayaraq ki, həkimlər zəruri olan bütün müdaxilələri ediblər, kişi böyük ehtimalla yaşamayacaq.
Bununla belə, ilkin məlumatlara görə, qətl baş verən zaman İbrahimov həddindən artıq sərxoş olub. İstintaqın irəli sürdüyü ilkin versiyaya görə, evə gec gələn ərini sərxoş vəziyyətdə görən qadın qalmaqal yaradıb. Elə bu da onun öldürülməsinə səbəb olub.
Rayon prokurorluğunda faktla, bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.