CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda hər 3 qadından birində dəmir çatışmazlığı problemi var

© Flickr / Khánh HmoongQadın
Qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Bahar Muradova: "Azərbaycanda uşaq hüquqlarının qorunmasında bütün imkanlardan istifadə edilir"

BAKI, 15 dek — Sputnik. Bu gün, Azərbaycan Respublikası Milli Məclisi və UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə birgə, "Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis — UNİCEF əməkdaşlığı" mövzusunda tədbir keçirilib. Sputnik xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxış edərək bildirib ki, 25 ildə insan hüquqlarının təminatçısı olaraq Azərbaycan üzərinə düşən vəzifələri lazımınca yerinə yetirir.

Sahibsiz heyvanların məskəni - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaq bağçasının yerini sahibsiz itlər zəbt edib

"Azərbaycanda uşaq hüquqlarının qorunmasında bütün imkanlardan istifadə edilir. Azərbaycan bu sahə üzrə bir çox beynəlxalq konvensiyalara qoşulub", — vitse-spiker bildirib.

B. Muradova deyib ki, Azərbaycan UNİCEF-lə əməkdaşlığa üstünlük verir: "UNİCEF-in Azərbaycanda fəaliyyəti müstəqilliyimizin ilk illərinə təsadüf edir. UNİCEF-lə əməkdaşlıq ötən dövrdə daha da inkişaf edib".

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin tədbirdə çıxış edərək deyib ki, ölkəmizdə uşaqlar üçün ağır cəzaya görə həbs müddətinin 10 ildən 8 ilə endirilməsi yaxşı olardı. O, qeyd edib ki, uşaqların övladlığa götürülməsi üçün göstərilən səyləri dəstəkləmək lazımdır.

Karvardinin sözlərinə görə, Azərbaycanda hər 3 qadından birində dəmir çatışmazlığı problemi var: "UNİCEF Azərbaycan uşaqlarının rifah halının daha da yaxşılaşdırılmasına könək etməyə hazırdır".

Xəbər lenti
0