CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar ASAN Samuxa gedir

© Photo : TRENDSəyyar ASAN xidmət. Arxiv şəkli
Səyyar ASAN xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsinə nail olunmasıdır

BAKI, 13 dek — Sputnik. Səyyar ASAN xidmət 13 — 27 dekabr tarixlərində Samux şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səyyar ASAN xidmət avtobusları 14 noyabr — 13 dekabr tarixində Astarada, 29 noyabr — 28 dekabrda Qubada, 2 — 16 dekabrda Saatlıda, 5 — 19 dekabrda Siyəzəndə, 5 — 24 dekabrda Tovuzda, 5 — 14 dekabrda Qaradağ rayonunun Ələt qəsəbəsində, 9 — 28 dekabrda Ağcabədidə, 12 — 15 dekabrda Cəlilabadda, 12 — 26 dekabrda Qobustanda vətəndaşların xidmətində olacaq.

Səyyar ASAN Xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səyyar ASAN bu 8 rayonda olacaq

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0