CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisi xəbərdar edir: sürücülər ayıq olsunlar!

© Sputnik / Murad OrujovBakıda qarlı hava, arxiv şəkli
Bakıda qarlı hava, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarlı və şaxtalı havada sürücüləri son dərəcə diqqətli olmağa çağırırıq. Xüsusi qış təkərlərindən istifadə etmələri və nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri məsləhətdir"

BAKI, 13 dek — Sputnik. Dekabrın 14-15-də ölkə ərazisində havaların kəskin soyuması və qeyri-sabit keçəcəyi səbəbindən, Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yolların buz bağlayacağı səbəbindən, sürücülər ehtiyyatlı olmalıdırlar.

Qarlı hava - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dekabrın 14-15-də şəhərə çıxmamağınız məsləhətdir

"Qarlı və şaxtalı havada sürücüləri son dərəcə diqqətli olmağa çağırırıq. Xüsusi qış təkərlərindən istifadə edilməli, nəqliyyat vasitələrini texniki baxışdan keçirməli və qış üçün təkər və işıq faralarını uyğun hala gətirməlidirlər", — DYP bəyan edir.

Yol polisi, həmçinin sürücülərə, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görür.

Xəbər lenti
0